Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

“İctimai Səhiyyə və səhiyyənin təşkili” kafedarsında bakalavr proqramı cəmiyyətin sağlamlığını qorumaq, xəstəliklərin profilaktikasını gücləndirmək və səhiyyə sistemlərinin dayanıqlığını təmin edən mütəxəssislər hazırlayır. Proqramın məqsədi tələbələrə sağlamlıq göstəricilərinin təhlili, səhiyyə idarəçiliyi, epidemiologiya, sağlamlıq siyasəti, sağlam həyat tərzinin təşviqi və icma əsaslı səhiyyə təşəbbüsləri üzrə nəzəri və praktiki biliklər qazandırmaqdır. Məzunlar səhiyyə problemlərini tənqidi qiymətləndirmək, elmi sübutlara əsaslanaraq qərarlar qəbul etmək, səhiyyə layihələrinə rəhbərlik etmək və əhali sağlamlığının qorunması istiqamətində dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq etmək bacarığına yiyələnirlər. Proqram çərçivəsində tələbələr ictimai səhiyyə tədqiqatları, rəqəmsal səhiyyə idarəçiliyi, epidemiologiya, sağlamlıq bərabərliyi, fövqəladə hallar zamanı səhiyyə reaksiyası, profilaktik və gigiyenik tədbirlərin təşkili kimi sahələrdə bilik və bacarıqlar əldə edirlər. Bakalavr təhsilini başa vuran məzunlar səhiyyə müəssisələrində, dövlət və beynəlxalq təşkilatlarda, eləcə də tədqiqat və təhsil mərkəzlərində mütəxəssis kimi fəaliyyət göstərə bilirlər.

Herontologiya

İctimai sağlamlıq (Əczaçılıq)

İctimai sağlamlıq (Stomatologia)

İctimai sağlamlıq (MPF)

Tibb bacılığının menecmenti (İctimai Səhiyyə)

Tibbi sığorta (İctimai Səhiyyə)

Ana və uşaq sağlamlığı (İctimai Səhiyyə)

Səhiyyənin siyasəti və planlaşdırma (İctimai Səhiyyə)

Səhiyyə sistemlərinin idarə olunması (İctimai Səhiyyə)

Sağlamlığın təbliği (Tibb bacısı işi) 

Səhiyyə kommunikasiyası (İctimai Səhiyyə)

Sağlamlığın təbliğ (İctimai Səhiyyə)