Bizi izləyin:
Heydər Əliyev
Səhiyyə kommunikasiyası (İctimai Səhiyyə)
Bölmələrimiz
Səhiyyə kommunikasiyası (İctimai Səhiyyə)

“Səhiyyə kommunikasiyası” fənni tibb işçisinin praktiki fəaliyyətində müxtəlif ünsiyyət bacarıqlarından istifadə metodlarını təqdim etməklə xəstələri düzgün müalicə seçiminə inandırmaq, səhiyyə kommunikasiyası elminə əsaslanan həm şəxsiyyətlərarası, həm də sosial xarakterli ünsiyyət əlaqələri qurmaqdan bəhs edir. İctimai səhiyyə sahəsində qlobal səviyyədə yaranan problemlərin müəyyən edilməsi, təhlili və həlli, peşəkar ünsiyyət yanaşması ilə əlaqədar olaraq tələbələrin dünya və yerli ədəbiyyatla, müxtəlif tədqiqatlarla, müxtəlif ölkə və regionlardan əldə edilən məlumatlarla tanış olmaları üçün mühazirələr və praktiki məşğələlər keçirilir. Tələbələr bu fənnin tədrisi ilə əldə etdikləri biliklərdən ictimai sağlamlığı yaxşılaşdırmaq, müxtəlif ünsiyyət bacarıqlarından istifadə etmək, insanların davranışlarını dəyişdirmək, insanların mövcud xəstəliklərin zəruri müalicəsinə marağını artırmaq, xəstəliklərin qarşısının alınması və sağlamlığın möhkəmləndirilməsi üçün istifadə edə bilərlər. O cümlədən, tələbə əldə etdiyi bacarıqlardan gələcək təcrübəsində səhiyyə sahəsində səmərəli ünsiyyət mütəxəssisi olmaq üçün istifadə edəcək və gələcəkdə həm ölkədaxili, həm də dünya əmək bazarı sahəsində karyera imkanlarını genişləndirə biləcəkdir.

Yaz semestrində keçirilən fənlər

N

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

İctimai Səhiyyə 

III

Səhiyyə kommunikasiyası

30

30

 

 Fənin kodu: İMF-03   

Fənnin adı: Səhiyyə kommunikasiyası

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: İçtimai Səhiyyə

 

Fənnin məqsədi:

Tələbələrdə kommunikasiya sahəsində habelə müəssisənin fəaliyyətinin idarə olunmasında bilik və bacarıqların formalaşdırılması; yeni ünsiyyət modellərinin tətbiqi olunduğu tədqiqatlarla bağlı təcrübənin mənimsənilməsi ilə xəstəxanada tibbi xidmətin keyfiyyəti və xəstənin məmnuniyyəti arasında əlaqəni qiymətləndirmək.

 

Fənnin təlim nəticəsi:

  1. Tibb işçilərinin fəaliyyətində kommunikasiyanın mahiyyətini anlayır, əhəmiyyətini və çoxşaxəliliyini bilir və dərk edir.
  2. Səhiyyədə ünsiyyət sahəsində nəzəriyyələri və mühüm problemləri, sağlamlıq və xəstəlik haqqında təsəvvürlərə hansı müxtəlif təsirlərin olduğunu, həkimin müxtəlif yaş qrupları və bütün növ nozoloji xəstəliklərin xəstələri ilə necə ünsiyyət qurmalı olduğunu bilir.
  3. Sağlamlıq ünsiyyəti ilə bağlı problemləri akademik üslubda təqdim etmə bacarığına yiyələnir.
  4. Şəxslərarası ünsiyyətin incəliklərini həkim və pasiyent arasında ünsiyyətin əsaslarından biri kimi başa düşür.
  5. Çətin xəstələrlə işləyərkən qeyri-adi situasiyalarda effektiv qarşılıqlı əlaqə bacarıqlarından istifadə etməklə işləmək bacarığına malik olur.
  6. Əsas ünsiyyət bacarıqlarına yiyələnməklə, şifahi, qeyri-şifahi və yazılı ünsiyyət vasitələrindən istifadə etməyi bacarır.
  7. Dövlət siyasətində, hökümət və qeyri-hökumət təşkilatlarında ünsiyyətin xüsusiyyətlərini mənimsəyir.

 

Fənnin məzmunu

“Səhiyyə kommunikasiyası” fənni nəzəri əsaslar üzrə bilik verməklə həkimlərin səhiyyə fəaliyyətində ünsiyyət elementlərinin və prinsiplərinin tətbiqi üzrə praktiki bacarıqlar öyrədir. Həkimin kontakt qurmaq texnikası, müsbət münasibətin formalaşması, sivil psixoloji təsir texnikaları, həmçinin psixoloji maneələri yox etmə bacarığı uğurlu peşəkar ünsiyyətin qurulması üçün böyük əhəmiyyət kəsb edir. Səmərəli ünsiyyət sayəsində tibbi xidmətin keyfiyyəti və xəstə məmnuniyyəti anlayışlarının və bu anlayışlarla bağlı şərtlərin ölçülməsində nəzəri və metodoloji problemlərin həlli yolları təqdim olunur. Xəstə məmnuniyyəti ilə bağlı təcrübələr xəstəxanalarda keyfiyyətin yaxşılaşdırılması işinin vacib elementləri hesab edilir. Həmçinin, xəstələrin qayğının keyfiyyəti və onların məmnunluğu sağlamlıq nəticələrinə təsir edə bilər. Həkimlə ünsiyyətin verbal və qeyri-verbal aspektlərinin öyrənilməsi mühümdür. Humanist, demokratik əsasda ünsiyyət qurmaq, əlverişli emosional-psixoloji mühit yaratmaq, özünü idarə etmək və tənzimləmək bacarığı, xəstə ilə əməkdaşlığı təşkil etmək, etika və ədəb prinsiplərinı və qaydalarını rəhbər tutmaq, aktiv dinləmə həkimin interaktiv bacarıqlarına aiddir. Qeyd olunanların-ünsiyyət problematikasının aktuallığı, bu istiqamətdə tədqiqat üsulları və yeni innovativ texnologiyaların tətbiqi imkanları aşılanır. Tələbələr bu fənnin tədrisi ilə əldə etdikləri biliklərdən ictimai sağlamlığı yaxşılaşdırmaq, müxtəlif ünsiyyət bacarıqlarından istifadə etmək, insanların davranışlarını dəyişdirməklə, onların mövcud xəstəliklərin zəruri müalicəsinə marağını artırmaq, xəstəliklərin qarşısının alınması və sağlamlığın möhkəmləndirilməsi üçün istifadə edə bilərlər. O cümlədən, tələbə əldə etdiyi bacarıqlardan gələcək təcrübəsində səhiyyə sahəsində səmərəli ünsiyyət mütəxəssisi olmaq üçün istifadə edəcək və gələcəkdə həm ölkədaxili, həm də dünya əmək bazarı sahəsində karyera imkanlarını genişləndirə biləcəkdir.

             

Mühazirələrin mövzu planı

 

Mövzu

Mənbə

Saat

1

Tibb işçilərinin fəaliyyətində kommunikasiya

1. Renata Schiavo “Health Communication. From Theory to Practice”, 2007, chapter 1

2

2.

Səhiyyə kommunikasiyasının multidissiplinar, fənlərarası və transdissiplinar xarakteri.

1. The Routledge handbook of health communication. Third edition

Edited by Teresa l. Thompson and Nancy Grant Harrington, 2022, Chapter 1

2

3.

Səhiyyə kommunikasiyasında mövcud nəzəriyyələr və problemlər.

1. Renata Schiavo “Health Communication. From Theory to Practice”, 2007, chapter 2

2

4

Sağlamlıq və xəstəlik haqqında təsəvvürlərə mədəni, gender, etnik, dini və coğrafi təsirlər

1. Renata Schiavo “Health Communication. From Theory to Practice”, 2007, chapter 3

2

5.

Səhiyyə kommunikasiyasında tibbi savadının rolu

1. The Routledge handbook of health communication. Third edition

Edited by Teresa L. Thompson and Nancy Grant Harrington, 2022, Chapter 28

2. Ishikawa, H., Kiuchi, T. Health literacy and health communication. 

BioPsychoSocial Med 4, 18 (2010). https://doi.org/10.1186/1751-0759-4-18

2

6.

Şəxslərarası ünsiyyət

1. Renata Schiavo “Health Communication. From Theory to Practice”, 2007, chapter 4

2

7.

Peşəkar tibbi kommunikasiya

1. Renata Schiavo “Health Communıcatıon: From Theory to Practıce”, 2007, chapter 7

2

8.

Şifahi və yazılı kommunikasiya

2. R. Prabavathi, P. C. Nagasubramani «Effective oral and written communication», Journal of Applied and Advanced Research,  May 2018 3(S1):29 https://doi.org/10.21839/jaar.2018.v3iS1.164

3. Types of Verbal Communication - Introduction to Communication Skills  https://youtu.be/LC5agCAQ_n4

2

9.

Xüsusi vəziyyətlərdə effektiv qarşılıqlı əlaqə bacarıqları. Çətin xəstələrlə iş.

1. Л. Сaрсеновa, М. Ню. “Коммуникaтивные нaвыки в здрaвоохрaнении: учебное пособие”– Aлмaты: Қaзaқ университеті, 2020, Глава 3

2. D. Ortiz-Quiroga, S. Jalisi, X.C.Sardi et al. Psychosocial factors that influence the doctor-patient relationship in the clinical genetics consultation // RevEspEduMed 2023, 4: 12-23; https://doi.org/10.6018/edumed.534051    

2

10.

Kommunikasiya prosesində ünsiyyət maneələri

1. The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 6

2

11.

Səhiyyə kommunikasiyasında texnologiyanın rolu

1. The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 26

2

12.

Qlobal səhiyyə kommunikasiyası

1. The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 31

2

13.

Ailədə sağlamlıq haqqında ünsiyyət

1. The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 8

2. Л. Сaрсеновa, М. Ню. “Коммуникaтивные нaвыки в здрaвоохрaнении: учебное пособие”– Aлмaты: Қaзaқ университеті, 2020, Глава 7

2

14.

Sağlamlıqla bağlı dezinformasiya

The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 22

2

15.

Səhiyyədə hökumət və qeyri-hökumət təşkilatları səviyyəsində kommunikasiya

The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 38

2

CƏMİ

30

 

Təcrübə məşğələlərinin mövzu planı

 

Mövzu

Mənbə

Saat

1.

Kommunikasiya bacarıqlarının formalaşdırılması. Ünsiyyət bacarıqları

1. Ком­му­никaтивные нaвы­ки в здрaвоохрaне­нии, Учеб­ное по­со­бие, Л. Сaрсе­новa М. Ню, Aлмaты «Қaзaқ уни­вер­си­те­ті», 2020, Глава 1

2. Ком­му­никaтивные нaвы­ки в здрaвоохрaне­нии, Учеб­ное по­со­бие, Л. Сaрсе­новa М. Ню, Aлмaты «Қaзaқ уни­вер­си­те­ті», 2020, Глава 2

2

2.

İctimaiyyətlə əlaqələr və ictimai müdafiə

Renata Schiavo “Health Communication. From Theory to Practice”, 2007, chapter 5

2

3.

İcma səfərbərliyi

Renata Schiavo “Health Communication. From Theory to Practice”, 2007, chapter 6

2

4.

Yazı  nümunələri kommunikasiya vasitəsi kimi.

1. P.Vermeir, D.Vandijck, S.Degroote et. al.Communication in healthcare: a narrative review of the literature and practical recommendations, International Journal of Clinical Practice. 2015 ноябрь; 69 (11): 1257–1267. https://doi.org/10.1111/ijcp.12686

2. Written Communication https://youtu.be/mQLEocJCDtE

 

5.

Nəqletmənin xüsusiyyətləri, formaları və funksiyaları. Tələbələrin müstəqil işi.

1. The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 4

2

6.

Motivasion müsahibə

 

1. Communication and Interviewing Skills for Practice in Social Work, Counselling and the Health Professions, Patricia Higham, 2020, Chapter 6

2. Л. Сaрсеновa, М. Ню. “Коммуникaтивные нaвыки в здрaвоохрaнении: учебное пособие”– Aлмaты: Қaзaқ университеті, 2020, Глава 11

3. Craig B Kaplan, Benjamin Siegel and oth. “Communication and the Medical Interview”, Jornal of  General Internal Medicine 1997 Apr; 12(Suppl 2): s.49–55

2

7.

Palliativ qayğı və həyat sonu ünsiyyəti

1. The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 9

2

8.

Kollokvium

2

9.

Tibbi ünsiyyətdə empatiya

1. M. Moudatsou, A. Stavropoulou, A.Philalithis et al. The Role of Empathy in Health and Social Care Professionals // Healthcare (Basel, Switzerland), 2020 Mar; 8(1): 26 https://doi.org/10.3390%2Fhealthcare8010026   

2. Т.В. Поддубная Проблематика эмпатии в исследованиях психологических аспектов профессиональной медицинской деятельности (обзор) // Консультативная психология и психотерапия, 2015, № 2, с.9-36

3. Empathy: The Human Connection to Patient Care https://youtu.be/cDDWvj_q-o8?si=fh0cPCGfWT8txKhx

2

10.

Sağlamlığı inkişaf etdirmək və xəstəliklərlə mübarizə aparmaq üçün texnoloji müdaxilələr

1. The Routledge handbook of health communication,

Teresa L. Thompson, Nancy Grant Harrington, Third edition, 2022, chapter 25, p. 367-381

2. Technology in Healthcare https://youtu.be/LIUrbJTh-JI

2

CƏMİ

20