Bizi izləyin:
Heydər Əliyev
Tibb bacılığının menecmenti (İctimai səhiyyə)
Bölmələrimiz
Tibb bacılığının menecmenti (İctimai səhiyyə)

“Tibb bacılığında menecment” fənni  geniş mənada - sosial idarəetmənin vacib bir sahəsi olub nəzəri əsasları üzrə bilik verir; səhiyyə fəaliyyətində menecment elementlərinin və prinsiplərinin tətbiqi üzrə praktiki bacarıqlar öyrədir; menecmentin səhiyyədə keyfiyyətin idarə olunması sisteminin idarəsi üzrə əsas bacarıqları formalaşdırır; İdarəetmə nəzəriyyəsinin əsas müddəaları, bir neçə idarəetmə təcrübəsinin ümumiləşdirilməsi, habelə bazar subyekti kimi idarəetmə üsulları geniş keçirillir və səhiyyədə idarəetmə metodlarını öyrədir. Fənnin məqsədi: tələblərdə innovativ fəaliyyətin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı nəzəri biliklərin və praktik bacarıqların formalaşdırılmasıdır.

 

Payız semestrində keçirilən fənlər

Fakültələr

Kurs

 

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Tibb bacısı işi

IV

Tibb bacılığında menecment

30

10

                                                                                                                                                                  

 

 

Fənnin kodu: İF-13

Tibb bacılığının menecmenti


Təhsil pilləsi:  bakalavr

İxtisas:Ictimai səhiyyə

Fənnin məqsədi:insan və digər resursların qarşıya qoyulmuş təşkilati vəzifələrin həlli edilməsində,  əmək, zəka və digər insani davranış motivlərindən istifadə etmək bacarıqlarını və mövcud ixtisaslar çərçivəsində peşə səviyyəsini artırmaq üçün idarəetmə prosessinin yaxşılaşdırmaqdır. Burda İdarəetmə nəzəriyyəsinin əsas müddəaları, bir neçə idarəetmə təcrübəsinin ümumiləşdirilməsi, habelə bazar subyekti kimi idarəetmə üsulları geniş keçirilməlidir.  Əsas diqqət idarəetmə qərarlarının qəbul edilməsi üsullarına və müasir menecerin fəaliyyətinin asas xüsusiyyətlərinə yönəldilməlidir.  Menecer və personal rəhbərliyinin işinin təşkili, idarəetmə qərarlarının qəbul edilməsi, münaqişələrin həlli, eləcə də rabitə və işgüzar danışıqlar problemləri də öz əksini tapmalıdır.

 

Fənnin təlim nəticəsi:

1.  Azərbaycanda orta tibb təhsilinin yaranması və inkişafı haqqında lazımi anlayışların aşılanması.

2. Dünya miqyasında orta tibb işçilərinin təcrübəsigələcəkdə peşələrinə uyğun yerləşdirilməsiqaydaları öyrənilmişdir.

3. İdarəetmə nəzəriyyəsinin əsas müddəaları, və idarəetmə təcrübəsinin ümumiləşdirilməsi və idarəetmə üsulları mənimsənilmişdir.

 

Fənnin məzmunu:

İdarəetmə-ixtisaslaşmış fəaliyyət növünü və təcrübəni, idarəetmə və üsulları və formalarını, təşkilati idarəetmə sənətini özündə birləşdirən yenilikləri əhatə edən beynəlxalq bilik sahəsidir. Tibbi idarəetmə geniş mənada- sosial idarəetmənin vacib bir sahəsi olub insan sağlamlığı və uzunömürlülüyünü qoruyur, eyni zamanda mahiyyət olaraq büdcə-sığorta maliyyəsi kontekstində səhiyyənin təşkili və idarə edilməsini öyrənir.

Bu gün biz tibb xidmətlərini 21-ci əsrin və dövrümüzün ən təəccüblü, kütləvi hadisələrindən biri kimi qəbul edirik, hansı ki həyatımızın bütün sahələrinə nüfuz edir  və ətrafımızdakı dünyanı dəyişir.

Səhiyyə sahəsində idarəetmə iqtisadiyyatın ən vacib amillərindən birinə çevrilib, bunu təkcə bir xəstənin və ya əhalinin müəyyən bir hissəsinin müalicəsi kimi qiymətləndirmək olmaz. Onun anlamı` daha genişdir və tibbi xidmətlərin idarə edilməsi zamanı bir insanı müşayiət edən əlaqələrin və hadisələrin vəhdətini təmsil edir.

 

 

Mövzu (mühazirə)

 

Readings (Ədəbiyyat)

Saat

1

İdarəetmə elmi, yaranması və inkişaf tarixi.         

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр.41

2

2

İdarəetmənin əsas kateqoriyaları, idarəetmənin texnoloji prosesi.

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр. 53 

2

3

Səhiyyə sistemlərinin idarəolunmasının informasiya təminatı.                 

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр. 253

2

4

İdarəetmə qərarları, onların hazırlanması texnologiyası və icrasının təşkili.                        

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр. 62

2

5

İdarəetmənin təşkilatı strukturlu.

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр. 65

2

6

İdarəetmənin əsas funksiyaları.

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр. 70

2

7

Səhiyyə resurslarının idarəolunması

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр. 176

2

8

Səhiyyə orqanı və müəssisələrində insan resurslarının   idarəolunması.

Ю.П.Лисицын,Г.Э.Улумбекова "Общественное здоровье и здравоохранение». М.,2011,стр. 318-321

2

9

Münaqişələrin həlli yollar və kommunikasiyalar.  

Münaqişələrin həlli yollar və kommunikasiyalar.             А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр.112-118

2

10

Səhiyyə sistemləri, onların fəaliyyətinin hüquqi əsasları.

Ю.П.Лисицын, Г.Э.Улумбекова «Общественное здоровье и здравоохранение». М.,2011,стр. 275-282

2

11

Səhiyyə sistemlərinin, idarəolunmasında liderlik.

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр. 68-72

2

12

Tibbi sığorta sisteminin təşkili və idarəolunması.

Ю.П.Лисицын, Г.Э.Улумбекова «Общественное здоровье и здравоохранение». М.,2011,стр. 249-272     

2

13

Keyfiyyət və səmərəliliyin idarəolunması.

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр.96

2

14

Özəl tibb müəssisələrinin idarəolunması.

Ю.П.Лисицын, Г.Э.Улумбекова «Общественное здоровье и здравоохранение». М.,2011,стр. 260-266

2

15

Səhiyyədə marketinq.

Н.Г. Малахова «Маркетинг в здравоохранении».Ростов-на-Дону,2010, стр 220.

 

                  Cəmi              30 saat                   

 

 

                 

 

Topic Mövzu (praktik məşğələ)

 

Readings (Ədəbiyyat)

Saat

1

İdarəetmə elmi haqqında anlayış, onun tədris edilməsinin zəruriyyəti. Müasir informasiya texnologiyalarının innovasiyaların səhiyyə sistemlərinin idarəolunmasında rolu və tətbiqi

Т.П.Авдилова «Менеджмент». М.,2013

 

2

2

İdarəetmənin planlaşdırma funksiyası tibbi yardıma təlabatın müəyyənləşdirilməsi Səhiyyə resurslarının, xərclərin planlaşdırılması, risklərin qiymətləndirilməsi

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр.253-289

2

3

İlkin tibbi-sanitariya xidmətlərinin idarəolunmasında, müalicə-diaqnostika prosesinin layihələndirilməsində tibb bacısının rolu və fəaliyyəti. Stasionar yardımın təşkili və idarəolunması

А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр.253-

2

4

İcbari və könüllü tibbi sığortanın idarəolunması sistemi. Səhiyyədə lisenziyalaşdırma, akreditasiya. Tibb bacısının sahibkarlıq fəaliyyəti.

289А.И. Вялков «Клинический менеджмент». М.,2006, стр.61-

2

5

Kollokvium

 

2