“Sağlamlığın təbliği” fənni sağlamlığın təbliği anlayışının əsasını təşkil edən nəzəriyyəni və effektiv tibbi müdaxiləni öyrənir. Fənnin bu müxtəlif aspektləri araşdırmasına baxmayaraq, o əsasən sağlamlığın təbliği üzrə fəaliyyətlərin praktik icrası üçün fikir və konsepsiyaların tətbiq olunmasında tələbəyə yardımçı olmağa yönəldilmişdir. İctimai səhiyyə sahəsində əsas problemlərin necə əks etdirildiyi barədə ümumi məlumatlar vasitəsilə tələbələr sağlamlığın təbliği ilə bağlı bir sıra nəzəriyyə və metodlarla tanış olacaqlar. Bu fən əhalinin sağlamlığı sahəsi ilə tanışlıq və səhiyyə sahəsində gələcək nəsil liderlər olmağı hədəfləyən tələbələrə sağlamlığın təbliği üzrə prinsiplərin aşılanması məqsədi ilə hazırlanmışdır. Fən sağlamlığın təbliğinin qlobal təkamülünü, habelə xəstəliklərin qarşısının alınması və nəzarət məsələlərini həll etmək üçün nəzərdə tutulmuş yanaşmaları araşdırır. Xəstəliklərin qarşısının alınması ilə əlaqədar sağlamlığın təbliği təcrübəsinə və siyasətinə təsir edən fiziki və sosial məzmunlu amillərin əhəmiyyətini də vurğulayır. Sağlamlığın təbliği fəni sağlamlığın sosial və ekoloji cəhətdən müəyyənedici amillərinin idarə olunmasında dövlət siyasətinin rolunu nümayiş etdirir və çoxsaylı müdaxilə səviyyəsini (yəni fərdi, cəmiyyət, təşkilat və siyasət səviyyələri) vurğulayır. Fənnin məqsədi: Bu fənn daha peşəkar bir mütəxəssis olmağı təmin etmək üçün sağlamlığın təbliğinə dair fəlsəfi, metodoloji, nəzəri, etik və siyasi əsaslarla düzgün şəkildə istiqamətləndirəcək.
Payız semestrində keçirilən fənlər
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
||
Mühazirə |
Praktika |
|||||
1 |
İctimai Səhiyyə |
II |
Seçim: Sağlamlığın təbliği |
30 |
30 |
Fənn kodu: İSF-10
Sağlamlığın təbliği fənni üzrə
Təhsil pilləsi: Əsas baza ali tibb təhsili
İxtisas: İçtimai Səhiyyə
Fənnin məqsədi: İnsanlara sağlamlıq determinantları üzərində nəzarəti gücləndirməyə, bununlada sağlamlığı yaxşılaşdırmağa nail olmaq üçün sağlamlığın təbliğinin əsasını təşkil edən nəzəriyyəni öyrənmək və tibbi müdaxilələr qurmaq, təşkil olunmuş profilaktik tədbirlərlə xəstəliklərin və ölümün azaldılması, uzunömürlülüyün artırılması barədə biliklər öyrətməyi hədəfləyərək bununla da ictimai sağlamlığın qorunması ücün təsirli bir mütəxəssis olmağı təmin etməkdir.
Fənnin təlim nəticəsi:
1.Sağlamlıq nədir? Sağlamlığın təşviqi nədir? nəzəriyyəsini və fəlsəfəsini anlamaq;
2.Sağlamlığın təşviqi elminin metodologiyasını:maarifləndirmə, sağlamlıq təhsili, fiziki, bioloji,tibbi,psixoloji,sosial- iqtisadi və digər metodlardan istifadə etməyi;
3.Sağlamlıq determinantlarının sağlamlıqda rolunu qiymətləndirmək və nəzarəti gücləndirməyi;
4.Sağlamlığın təbliğinin nəzəriyyələrini tətbiq etməyi və tibbi müdaxilələr qurmağı öyrənəcəklər; 5.Əhalinin və ayrı–ayrı sosial qrupların xəstələnməsinin azaldılması və sağlamlığın möhkəmləndirilməsinə yönəldilmiş profilaktik tədbirlər kompleksinin təşkili və həyata keşirilməsini bacaracaqlar;
6.Sağlamlıq davranışını fərdi,cəmiyyət , təşkilat səviyyəsində dəyişdirmək üçün beynəlxalq modelləri tətbiq etmək vərdişlərini mənimsəyəcəklər;
7.İcmalarla iş aparmağı, şəxsiyyətlərarası ünsiyyət qurmağı, mədəni və etik , deontoloji aspektləri biləcəklər;
8.Sağlamlığın təbliği ilə bağlı tədbirlərin planlaşdırılması, həlli və qiymətləndirilməsini bacaracaqlar;
9. Sağlamlıqla əlaqəli sosial bərabərsizlikləri anlayacaqlar;
Fənnin məzmunu:
Azərbaycan Tibb Universiteti tərəfindən müəyyən edilən seçmə fəndir.
“Sağlamlığın təbliği” fənni- sağlamlıq determinantları üzərində nəzarəti gücləndirməyi , bununla da sağlamlığın yaxşılaşdırılmasına nail olmaq üçün, sağlamlığın təbliği anlayışının əsasını təşkil edən nəzəriyyəni öyrənərək ,tibbi müdaxilələr qurmaq, təşkil olunmuş profilaktika tədbirləri ilə xəstəliklərin qarşısının alınması, həyatın uzadılması, ölümün azaldılması , insanların həyat və əmək fəaliyyəti üçün sağlam şəraitin və ekoloji mühitin təmin olunması üçün bilik və bacarıqlar öyrədir. “Sağlamlıq” bio-psixo-sosial- mənəvi birliyi nəzərdə tutduğundan, “sağlamlığın təşviqi “ rifah və həyat keyfiyyətinə bənzəyir.Bu mənada” sağlamlığın yüksəldilməsi” fərqli xəstə populyasiyalrında da araşdırılır.Sağlamlığın təbliği bir insanın sağlam və ya xəstə olmasından asılı olmayaraq onun sağlamlıq potensialının reallaşmasına yönəldilmişdir. Sağlamlığın təşviqi fəaliyyətini həyata keşirərkən ictimai səhiyyə işçisi bu sahədə əldə etdiyi bilik və bacarıqlara əsaslanaraq və istinad etməklə, ictimai sağlamlığı yaxşılaşdırmış olacaqlar.
Fənni tədris etmək üçün istifadə olunan konseptual struktura: mühazirə və praktik dərslər və ya seminarlar,sərbəst işlərin qəbulu daxildir.
İctimai səhiyyə sahəsində qlobal səviyyədə yaranan problemləri müəyyən etmək,təhlil və həll etmək , qiymətləndirmək üzrə peşəkarcasına yanaşmaq və bu zaman dünya və yerli ədəbiyyatdan, müxtəlif regionlardakı tədqiqat məlumatlarıdan və bunların praktikaya tətbiqini öyrənməyə görə tələbələrə mühazirələr və praktik dərslər aparılır.
Tələbə müxtəlif tədbirləri hazırlayarkən və həll edərkən profilinə uyğun insanların sağlamlığının möhkəmləndirilməsində,yaxşılaşdırılmasında ömrün fəal müddətinin artırılmasinda , yoluxucu və qeyri yoluxucu xəstəliklərin azaldılmasında,ölümün uzaqlaşdırılmasında əhalinin yaşayış tərzini və ekoloji mühitin sağlamlaşdırılmasında bu bilik və yiyələndiyi bacarıqlara istinad edib təsirli bir mütəxəssis olmaq üçün gələcək praktikasında istifadə edəcəkdir.
Fənni öyrəndikdən sonra tələbələr qlobal səviyyədə əmək bazarında ictimai səhiyyə, sağlamlığın möhkəmləndirilməsi mərkəzlərində, o cümlədən profilaktik xidmətlər və sosial və ekoloji şərtləri geniş əhatə edən dövlət siyasəti sahələrində işləyərək, öz biliklərindən və bacarıqlarından istifadə edib ixtisasına uyğun iş taparaq, dinamik olaraq karyera imkanlarını genişləndirə bilərlər.
3. İctimai Səhiyyə fakültəsinin II kurs tələbələri üçün “Sağlamlığın təbliği“ fənni üzrə keçiriləcək mühazirələrin mövzu planı
Payız (ııı) semestri
№ |
Mövzu |
Mənbə |
Saat |
1. |
Sağlamlığin təbliğinin fəlsəfəsi Onun məgsədi və vəzifələri. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 1-2, Paul Lincoln and Don Nutbeam, pp. 7-23 |
2 |
2. |
Sağlamlığın təbliğinin nəzəriyyələri. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 3, Don Nutbeam, pp. 24-37 |
2 |
3. |
Sağlamlığın müəyyənediciləri. Sağlamlığın sosial determinantları. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 5, Antony Morgan, pp. 47-63 |
2 |
4. |
Sağlamlığın təbliğində siyasi və etik mülahizələr. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 6, Nick Fahy, pp. 64-73 |
2 |
5. |
Sağlam dövlət siyasəti. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, chapter 8, Viv Speller, 2006, pp. 93-99 |
2 |
6. |
İcmalarla iş. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 10, Viv Speller pp. 108-124 |
2 |
7. |
Sağlamlığın təbliği ilə bağlı tədbirlərin həyata keçirilməsi. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, chapter 13, Maggie Davies and Jessica Kepford, 2006, pp. 151-168 |
2 |
8. |
Sağlamlığın təşviılması. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 14, Antony Morgan, pp. 169-187; chapter 15, Mike Kelly, pp.188-194 |
2 |
9. |
Sağlamlığının təşviqinin qiymətləndirilməsi. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 1, Siw Tone Innstrand, pp. 9-24 |
2 |
10. |
Dəlil əsaslı sağlamlığın təşviqi. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 1, Beate André, pp. 37-48; Pål Gjerstad & Frode Lysberg, pp. 49-58 |
2 |
CƏMİ |
20 |
İctimai Səhiyyə fakültəsinin II kurs tələbələri üçün “Sağlamlığın təbliği“
fənni üzrə keçiriləcək təcrübə məşğələlərinin mövzu planı payız (III) semestr
№ |
Mövzu |
Mənbə |
Saat |
1. |
“Sağlamlığın təbligi” anlayışı,istifadə edilən modellər və metodlarla tanışlıq.Sağlamlıq və xəstəliklərin əmələ gəlməsində həyat tərzinin rolu. |
1. Y. Li, A.Pan, D.Dong et al. Impact of Healthy Lifestyle Factors on Life Expectancies in the US Population // Circulation, 2018, Vol. 138, No.4, pp. 345–355, https://doi.org/10.1161/CIRCULATIONAHA.117.032047 2. V.Bozlar, C. Arslanoğlu Healthy Life Style Behaviors of University Students of School of Physical Education and Sports in Terms of Body Mass Index and Other Variables // Universal Journal of Educational Research, 2016, 4(5), pp. 1189-1195 DOI:10.13189/ujer.2016.040532 |
2 |
2. |
Xəstələr arasında sağlamlığın təbliği. |
“Health Promotion–Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, Torıl Rannestad, pp. 37-48 |
2 |
3. |
Miokard infarktı xəstəliyinə qalib gələn yaşlı Polşalı və Norveçlilər arasında sağlamlıqla əlaqədar həyat keyfiyyəti: ikinci dərəcəli sağlamlıq təbliği üçün müsbət əsaslar axtarışında. |
1. K.Hacker, J.Auerbach, R.Ikeda et al. Social determinants of health—an approach taken at CDC //J Public Health Manag Pract. 2022, 28 (6),pp.589-594 https://doi.org/10.1097/PHH.0000000000001626 2. “Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, M.A. Lazarewıcz, E.Slind, L.Ernstsen et al., pp. 71-88 |
2 |
4. |
Evdə və asudə vaxtlarda fəallığın təmin edilməsi amilləri kimi dayanıqlılıq mexanizmləri. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, L.Reınseth, pp. 89-102 |
2 |
5. |
Xərçəng qurbanlarına və onların ailə üzvlərinə dəstək qruplarının qəbul edilən üstünlükləri. |
“Health Promotion– Theory and Practice”, Editor: Gerd İnger Ringdal, 2012, chapter 2, , pp. 103-111 |
2 |
6. |
Xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olan pasiyentlərin reabilitasiyası. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, O.Bratas, pp. 111-124 |
2 |
7. |
Xərçəng xəstəliyinə qalib gələn uşaqlar və yeniyetmələr: Psixososial sağlamlıq və həyat keyfiyyəti. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, M.Eılersten, pp.125-142 |
2 |
8. |
Kollokvium |
2 |
|
9. |
Uqandada Qeyri-İnfeksion Xəstəliklərə (NCD) hazırlılıq vəziyyətinin nəzəri qiymətləndirməsi və müsbət sağlamlıq siyasəti və fəaliyyətini istiqamətləndirmək məqsədilə sağlamlığın təbliği araşdırmaları üçün təkliflər. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 3, J.Mugısha, G.A.Espnes pp. 145-152 |
2 |
10. |
Qocalar evində yatan koqnitiv olaraq sağlam xəstələrdə mənəvi olaraq hüdudlarını aşma, rifah və tibb bacısı-xəstə münasibəti. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 4, G.Haugan, pp. 205-222 |
2 |
11. |
Papua Yeni Qvineya, Port Moresby və Norveç, Nord-Trøndelagdakı gənc qadınların özləri tərəfindən dəyərləndirilən sağlamlıq, rifah, narahatlıq və depressiya vəziyyəti üzrə müqayisə. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 3, V.Bjoro, İ.B.Pedersesn,S.Krokstad et al., pp. 153-174 |
2 |
12. |
Yetkinlik yaşında stress və sağlamlıq göstəriciləri ilə əlaqədar resurslar və qoruyucu amillərin rolu. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 4, U.K.Moksnes, pp. 177-192 |
2 |
13. |
İcmanın inkişafı. İctimai Səhiyyədə biliklərə əsaslanan sağlamlıq təbliği - Norveç, HUNT tədqiqatı. Sağlamlığın təbliği üzrə araşdırma imkanları. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 4, S.Krokstad, pp. 193-204 |
2 |
14. |
Məktəblilər arasında rifah: Dialoq və imkanlar. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, A.Lohre, pp. 237-252 |
2 |
15. |
Faktlara əsaslanan sağlamlıq təbliği – faktları praktikada tətbiq etmək. Norveçlilər tərəfindən aparılmış bir araşdırmadan əldə edilən təcrübələr. Sağlamlıq mərkəzinə səyahət – sağlamlığın praktikası üçün bəzi fikir və ideyalar. |
1. “Health Promotion– Theory and Practice”, Evidence-based health promotion – getting evidence into practice. Experiences from a Norwegian study Editor: Monica Lillefjell, Margunn Skei Knudtsen and Guri Wist 2.G. Moschonis, E.Magriplis, A.Zampelas Novel Nutrition Education Approaches for Health Promotion: From Investigating Problems to Finding Solutions // Nutrients, 2021, Dec, 13(12), pp. 4423. |
2 |
CƏMİ |
|
30 |