Sağlamlığın təbliği” fənni sağlamlığın təbliği anlayışının əsasını təşkil edən nəzəriyyəni və effektiv tibbi müdaxiləni öyrənir. Fənnin bu müxtəlif aspektləri araşdırmasına baxmayaraq, o əsasən sağlamlığın təbliği üzrə fəaliyyətlərin praktik icrası üçün fikir və konsepsiyaların tətbiq olunmasında tələbəyə yardımçı olmağa yönəldilmişdir. İctimai səhiyyə sahəsində əsas problemlərin necə əks etdirildiyi barədə ümumi məlumatlar vasitəsilə tələbələr sağlamlığın təbliği ilə bağlı bir sıra nəzəriyyə və metodlarla tanış olacaqlar. Bu fən əhalinin sağlamlığı sahəsi ilə tanışlıq və səhiyyə sahəsində gələcək nəsil liderlər olmağı hədəfləyən tələbələrə sağlamlığın təbliği üzrə prinsiplərin aşılanması məqsədi ilə hazırlanmışdır. Fən sağlamlığın təbliğinin qlobal təkamülünü, habelə xəstəliklərin qarşısının alınması və nəzarət məsələlərini həll etmək üçün nəzərdə tutulmuş yanaşmaları araşdırır. Xəstəliklərin qarşısının alınması ilə əlaqədar sağlamlığın təbliği təcrübəsinə və siyasətinə təsir edən fiziki və sosial məzmunlu amillərin əhəmiyyətini də vurğulayır. Sağlamlığın təbliği fəni sağlamlığın sosial və ekoloji cəhətdən müəyyənedici amillərinin idarə olunmasında dövlət siyasətinin rolunu nümayiş etdirir və çoxsaylı müdaxilə səviyyəsini (yəni fərdi, cəmiyyət, təşkilat və siyasət səviyyələri) vurğulayır. Fənnin məqsədi: Bu fənn daha peşəkar bir mütəxəssis olmağı təmin etmək üçün sağlamlığın təbliğinə dair fəlsəfi, metodoloji, nəzəri, etik və siyasi əsaslarla düzgün şəkildə istiqamətləndirəcək.
Payız semestrində keçirilən fənlər
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
||
Mühazirə |
Praktika |
|||||
1 |
Tibb bacısı işi |
II |
Sağlamlığın Təbliği |
15 |
15 |
Fənin kodu: İST 10
SAĞLAMLIĞIN TƏBLİĞİ
Təhsil pilləsi: Bakalavriat
İxtisas: “Tibb bacısı işi”
Fənnin məqsədi:
Sağlamlığın təşviqinin fəlsəfəsi və nəzəriyyəsini tələbələrə anlatmaq, insanlara sağlamlığın determinantları üzərində nəzarəti gücləndirməyi təşviq etmək əsasında sağlamlığı möhkəmləndirmək,təşkil olunmuş profilaktika tədbirləri ilə xəstəliklərin qarşısını almaq,uzunömürlülüyün saxlanması, xəstəliklərin və ölümün azaldılmasına nail olmaq ictimai sağlamlığın yaxşılaşdırılması üçün təsirli bir mütəxəssis olmağı təmin etməkdir.
Fənnin təlim nəticəsi:
1. Təhsilalan sağlamlığın təbliğinin nəzəriyyələrini tətbiq etməyi ;
2.Sağlamlığın yaxşılaşdırılmasının yanaşmalarını fərqləndirməyi;
3. Səhiyyə sahəsində risk alqıları ,onları izah etmək haqqında məlumat əldə etməyi, onların analizi, idarə edilməsini ;
4.Fərdi davranışı dəyişdirmək üçün beynəlxalq modelləri tətbiq etməyi;
5.İcmalarla iş aparmağı,şəxsiyyətlərarası ünsiyyət qurmaq;
6.Proqramların planlaşdırılması, həyata keşirilməsi və qiymətləndirilməsini, hadisələrə(faktlara) əsaslanan sağlamlıq təşviqini;
Fənnin məzmunu:
“Sağlamlığın təbliği” fənni - sağlamlığın təbliği anlayışının əsasını təşkil edən nəzəriyyəni və effektiv tibbi müdaxiləni öyrənir. Bunlarla yanaşı, sağlamlıq determinantları üzərində nəzarəti gücləndirməyi təşviq etmək əsasında sağlamlığın yaxşılaşdırılması; təşkil olunmuş profilaktika üsulları ilə xəstəliklərin qarşısının alınması; həyatın uzadılmasına,xəstəliklərin və ölümün azaldılmasına və bunların əsasında ictimai səhiyyənin yaxşılaşdırılmasına xidmət edən prosesləri hədəfləyir.
Fənni tədris etmək üçün istifadə olunan konseptual struktur: mühazirə və praktik dərslər,sərbəst işlərin qəbulu.
İctimai səhiyyə sahəsində qlobal səviyyədə yaranan problemləri müəyyən etmək,təhlil və həll etmək , qiymətləndirmək üzrə peşəkarcasına yanaşmaq və bu zaman dünya və yerli ədəbiyyatdan, müxtəlif regionlardakı tədqiqat məlumatlarıdan və bunların praktikaya tətbiqini öyrənməyə görə tələbələrə mühazirələr və praktik dərslər, sərbəst işlərin qəbulu aparılır.
Tələbə yiyələndiyi bacarıqları profilinə uyğun insanların sağlamlığının möhkəmləndirilməsində, ömrün fəal müddətinin artırılmasinda , yoluxucu və qeyri yoluxucu xəstəliklərin azaldılmasında,ölümün uzaqlaşdırılmasında əhalinin yaşayış tərzini və ekoloji mühitin sağlamlaşdırılmasında müxtəlif tədbirləri hazırlayarkən və həll edərkən bu bilgilərə istinad edib təsirli bir mütəxəssis olmaq üçün gələcək praktikasında istifadə edəcəkdir.
Fənni öyrəndikdən sonra tələbələr qlobal səviyyədə əmək bazarında içtimai səhiyyə, sağlamlığın möhkəmləndirilməsi , o cümlədən profilaktik xidmətlər və sosial və ekoloji şərtləri geniş əhatə edən dövlət siyasəti sahələrində işləyərək, öz biliklərindən və bacarıqlarından istifadə edib ixtisasına uyğun iş taparaq, karyera imkanlarını genişləndirə bilərlər.
Mühazirələrin mövzu planı
№ |
Mövzu |
Mənbə |
Saat |
1. |
Sağlamlığin təbliğinin fəlsəfəsi və nəzəriyyəsi. Onun məgsədi və vəzifələri. Sanitariya maarifinin tarixi inkişafı. Ottava Xartiyası. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 1-2, Paul Lincoln and Don Nutbeam, pp. 7-23 |
2 |
2. |
Sağlamlığın təbliğinin nəzəriyyələri. Fərdi davranışı dəyişdirmək üçün nəzəriyyədən istifadə. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 3, Don Nutbeam, pp. 24-37 |
2 |
3. |
Sağlamlığın müəyyənediciləri. Sağlamlığın sosial determinantları. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 5, Antony Morgan, pp. 47-63 |
|
4. |
Təbabətdə siyasi və etik mülahizələr. Təcrübədə siyasi və etik məsələlərin həlli. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 6, Nick Fahy, pp. 64-73 |
2 |
5. |
Sağlam dövlət siyasəti. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, chapter 8, Viv Speller, 2006, pp. 93-99 |
2 |
6. |
Dövlət siyasəti: İcmalarla iş. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 10, Viv Speller pp. 108-124 |
2 |
7. |
Sağlamlığın təbliği ilə bağlı tədbirlərin həyata keçirilməsi. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, chapter 13, Maggie Davies and Jessica Kepford, 2006, pp. 151-168 |
2 |
8. |
Sağlamlığın təbliğinin qiymətləndirilməsi. Dəlil əsaslı sağlamlığın təbliği. |
“Health Promotion Theory” Edited by Maggie Davies and Wendy Macdowall, 2006, chapter 14, Antony Morgan, pp. 169-187; chapter 15, Mike Kelly, pp.188-194 |
2 |
9. |
Evdə və işdə qarşılıqlı münasibətlərin müsbət və mənfi cəhətləri: İnteqrativ model. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 1, Siw Tone Innstrand, pp. 9-24 |
2 |
10. |
Dəyişikliklər tətbiq edildiyi zaman səhiyyə işçiləri arasında yaranan problemlər. Liderlik və sağlamlığı təbliğ edən iş yerləri. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 1, Beate André, pp. 37-48; Pål Gjerstad & Frode Lysberg, pp. 49-58 |
2 |
11. |
Dünyada və Azərbaycanda qeyri- infeksion Xəstəliklərlərin profilaktikası və onun vəziyyəti.
|
1. World Health Organization. Noncommunicable Diseases (NCD). (2019). Available online at: https://www.who.int/gho/ncd/mortality_morbidity/en/. 2. World Health Organization. Global Action Plan: For the Prevention and Control of Non-communicable Diseases. (2013–2020). Available online at: https://apps.who.int/iris/bitstream/handle/10665/94384/9789241506236_eng.pdf . 3. NCDs in the Region of the Americas: celebrating PAHO’s 120 years. https://youtu.be/J9ze6hEYwzY?si=5ZldXEqPjFzMqCJd 4. A.Budreviciute, S.Damiati, D.K. Sabir et al., Management and Prevention Strategies for Non-communicable Diseases (NCDs) and Their Risk Factors // Review article Front. Public Health, 26 November 2020 Sec. Public Health Education and Promotion Volume 8 - 2020 | https://doi.org/10.3389/fpubh.2020.574111 |
2 |
12. |
Sağlamlıq və ətraf mühitin risk amilləri. Sağlamlıq və antropogen çirklənmiş hava. |
Mary-Jane Schneider. (2017). Introduction to public health, 5th edition. Jones & Bartlett Publishers. Chapter 20-21 |
2 |
13. |
Sağlamlıq və ətraf mühitin risk amilləri. Antropogen çirklənmiş su. |
1. Mary-Jane Schneider. (2017). Introduction to public health, 5th edition. Jones & Bartlett Publishers. Chapter 22-23 2. D. Rojas-Rueda, E. Morales-Zamora, W.A. Alsufyani et al. Environmental Risk Factors and Health: An Umbrella Review of Meta-Analyses // Int J Environ Res Public Health. 2021 Jan; 18(2): 704. https://doi.org/10.3390%2Fijerph18020704 |
2 |
14. |
Yaşayış–məişət şəraitinin əhali sağlamlığına təsirinin qanunauygunlugları. Urbanizasiyanın gigiyenik aspektləri. Yaşayış mühiti və sağlamlıq. Maarifləndirici tədbirlər. |
1. Z. Zhang, M.Zhao, Y. Zhang How does urbanization affect public health? New evidence from 175 countries worldwide // Front Public Health. 2022; 10: 1096964 https://doi.org/10.3389/fpubh.2022.1096964 2. K.G. Lambert, R.J. Nelson, T. Jovanovic et al. Brains in the city: neurobiological effects of urbanization // Neurosci Biobehav Rev. (2015) 58, pp.107–22. 3. J.M. Hassell, M. Begon, M.J. Ward et al. Urbanization and disease emergence: dynamics at the wildlife–livestock–human interface. Trends Ecol Evol. (2017) 32, pp. 55–67. |
2 |
15. |
Sağlam qidalanmanın əhali sağlamlığına, fiziki inkişafına, xəstələnmə vəziyyətinə təsiri Qidalanmanın təsnifatı. Alimentar patologiyaların profilaktikasında sağlamlığın təbliği. |
1. H. Cena, Ph.C. Calder Defining a Healthy Diet: Evidence for the Role of Contemporary Dietary Patterns in Health and Disease // Nutrients. 2020 Feb; 12(2): 334. https://doi.org/10.3390%2Fnu12020334 2. J.V. Anderson, R.D. Palombo, R.Earl Position of the American Dietetic Association: the role of nutrition in health promotion and disease prevention programs // Journal of the American Dietetic Association, 1998 Feb;98(2), pp.205-8. https://doi.org/10.1016/s0002-8223(98)00052-2 3. https://www.env-health.org/10-ways-to-protect-our-health-and-the-environment/ |
2 |
CƏMİ |
30 |
Təcrübə məşğələlərinin mövzu planı
№ |
Mövzu |
Mənbə |
Saat |
1. |
“Sağlamlığın təbligi” elmi haqqında ümumi anlayış, əhali sağlamlığının gorunmasında rolu. “Sağlam hayət tərzi” sağlamlığa təsiri və hər tələbənin faktiki həyat tərzinin xüsusiyyətləri. |
1. Y. Li, A.Pan, D.Dong et al. Impact of Healthy Lifestyle Factors on Life Expectancies in the US Population // Circulation, 2018, Vol. 138, No.4, pp. 345–355, https://doi.org/10.1161/CIRCULATIONAHA.117.032047 2. V.Bozlar, C. Arslanoğlu Healthy Life Style Behaviors of University Students of School of Physical Education and Sports in Terms of Body Mass Index and Other Variables // Universal Journal of Educational Research, 2016, 4(5), pp. 1189-1195 DOI:10.13189/ujer.2016.040532 |
2 |
2. |
Xəstələr arasında sağlamlığın təbliği |
“Health Promotion–Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, Torıl Rannestad, pp. 37-48 |
2 |
3. |
Sağlamlığın əsas sosial determinantları Miokard infarktı xəstəliyinə qalib gələn yaşlı Polşalı və Norveçlilər arasında sağlamlıqla əlaqədar həyat keyfiyyəti: ikinci dərəcəli sağlamlıq təbliği üçün müsbət əsaslar axtarışında |
1. Social determinants of health. https://www.who.int/health-topics/social-determinants-of-health#tab=tab_1 2. K.Hacker, J.Auerbach, R.Ikeda et al. Social determinants of health—an approach taken at CDC //J Public Health Manag Pract. 2022, 28 (6),pp.589-594 https://doi.org/10.1097/PHH.0000000000001626 3. “Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, M.A. Lazarewıcz, E.Slind, L.Ernstsen et al., pp. 71-88 |
2 |
4. |
Xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olan pasiyentlərin reabilitasiyası. |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, O.Bratås, pp. 111-124 |
2 |
5. |
Evdə və asudə vaxtlarda fəallığın təmin edilməsi amilləri kimi dayanıqlılıq mexanizmləri |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, L.Reınseth, pp. 89-102 |
2 |
6. |
İcmanın inkişafı (2 nümünə). İctimai Səhiyyədə biliklərə əsaslanan sağlamlıq təbliği - Norveç, HUNT tədqiqatı. Sağlamlığın təbliği üzrə araşdırma imkanları |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 4, S.Krokstad, pp. 193-204 |
2 |
7. |
Papua Yeni Qvineya, Port Moresby və Norveç, Nord-Trøndelagdakı gənc qadınların özləri tərəfindən dəyərləndirilən sağlamlıq, rifah, narahatlıq və depressiya vəziyyəti üzrə müqayisə |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 3, V.Bjoro, I.B.Pedersen, S.Krokstad et al., pp.153-174 |
2 |
8. |
Kollokvium |
2 |
|
9. |
Yetkinlik yaşında stres və sağlamlıq göstəriciləri ilə əlaqədar resurslar və qoruyucu amillərin rolu |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 4, U.K. Moksnes, pp. 177-192 |
2 |
10. |
Qocalar evində yatan koqnitiv olaraq sağlam xəstələrdə mənəvi olaraq hüdudlarını aşma, rifah və tibb bacısı-xəstə münasibəti |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 4, G.Haugan, pp. 205-222 |
2 |
11. |
Uqandada Qeyri-İnfeksion Xəstəliklərə (NCD) hazırlılıq vəziyyətinin nəzəri qiymətləndirməsi və müsbət sağlamlıq siyasəti və fəaliyyətini istiqamətləndirmək məqsədilə sağlamlığın təbliği araşdırmaları üçün təklif |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 3, J.Mugısha, G.A.Espnes, pp. 145-152 |
2 |
12. |
Xərçəng xəstəliyinə qalib gələn uşaqlar və yeniyetmələr: Psixososial sağlamlıq və həyat keyfiyyəti |
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, M.Eılertsen, pp. 125-142 |
2 |
13. |
Su və havanın sağlamlıq üçün əhəmiyyəti. Hava və iqlim anlayışları. Meteotrop və xroniki tənəffüs yolları xəstəliklərinin profilaktikasında sağlamlığın təbliğinin əhəmiyyəti. |
1.Determinants of health. https://www.who.int/news-room/questions-and-answers/item/determinants-of-health 2. Drinking-water: Key facts. World Health Organization. 2022.https://www.who.int/news-room/fact-sheets/detail/drinking-water 3. Di Q, Dai L, Wang Y, et al. Association of short-term exposure to air pollution with mortality in older adults.//JAMA, 2017, 318(24), pp. 2446-2456. |
2 |
14. |
Məktəblilər arasında rifah: Dialoq və imkanlar
|
“Health Promotion– Theory and Practice”, Editor: Siw Tone Innstrand, 2012, chapter 2, A.Lohre, pp. 237-252
|
2 |
15. |
Sağlamlığın qorunmasında düzgün qidalanmanın əhəmiyyəti. Qidalanma ilə əlaqədər xəstələr arasında ikincili profilaktika üçün sağlamlığın təbliği axtarışları. |
1.Nutrition and Healthy Eating https://health.gov/healthypeople/objectives-and-data/browse-objectives/nutrition-and-healthy-eating 2.G. Moschonis, E.Magriplis, A.Zampelas Novel Nutrition Education Approaches for Health Promotion: From Investigating Problems to Finding Solutions // Nutrients, 2021, Dec, 13(12), pp. 4423. |
2 |
CƏMİ |
|
30 |