Musa Məhəmmədəli oğlu Ələkbərov - tibb elmləri doktoru, professor. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında işləyir. 1985-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Ali tibb təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə təyinat üzrə praktiki səhiyyə sahəsində başlamışdır. 1986-cı ildə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursunu kecmiş, oranı bitirdikdən sonra yerli səhiyyə idarəetmə sistemində şöbə müdiri kimi praktik fəaliyyətini davam etdirmişdir. 1988-ci ildə Ukraynanın Xarkov şəhərində, Ukrayna Həkimləri Təkmilləşdirmə İnstitutunun Sosial Gigiyena və Səhiyyənin Təşkili Kafedrasında hazırlanmaqla məqsədli aspiranturaya daxil olmuşdur. Aspiranturada təhsil aldığı illərdə o, sosial gigiyena, səhiyyənin təşkili və idarə olunması, əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi üsulları, tədqiqat metodları, əhaliyə göstərilən tibbi yardımın qiymətləndirilməsi və keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, təkmilləşdirilməsi, profilaktik təbəbətin nəzəri və praktik aspektləri sahəsində zəruri bilik və bacarıqlara yiyələnmişdir. 1991-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq, Moskva şəhərində Tibbi-Sosial Tədqiqatlar, Səhiyyənin İqtisadiyyatı və İdarəedilməsi Elm-İstehsalat Birliyində namizədlik dissertasiyası müdafiə etmişdir. Aspiranturanı bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətini Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında davam etdirmişdir. 1992-ci ildən həmin kafedrada müsabiqə yolu assistent, 1994-cü ildən baş müəllim, 2001-ci ildən dosent vəzifəsinə secilib. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika və tibbi-biologiya fakültəsinin dekan müavini vəzifəsində çalışıb. 2000-ci ildən doktorluq dissertasiyası üzərində işləməyə başlamışdır. Sistemli şəkildə tələbələrə mühazirə və praktik məşğələlər aparan M.M. Ələkbərov elmi işini uğurla həyata keçirmişdir. Tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyanın mövzusu üzrə bir monoqrafiya, 5 metodik vəsait, 45 elmi məqalə dərc edilmişdir. Doktorluq dissertasiyasını müvəffəqiyyətlə başa catdıraraq 2007-ci ildə müdafiə etmiş və tibb elmləri doktoru elmi adına layiq görülümüşdür. Onun tədqiqat işlərinin əsas elmi istiqamətləri səhiyyənin idarə edilməsinin təkmilləşdirilməsi, səhiyyənin iqtisadiyyatı, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi üçün elmi əsasların işlənib hazırlanması olmuşdur. Səhiyyə müəssisələrinin idarəedilməsinin və təşkilati strukturlarının təkmilləşdirilməsinin, səhiyyə orqanlarının və müəssisələrinin idarəetmə fəaliyyətinin sosial, iqtisadi, tibbi və inteqral səmərəliliyinin qiymətləndirilməsinin yeni meyarları və metodlarını, səhiyyə müəssisələrinin idarə edilməsinin keyfiyyət və səmərəliliyinin davamlı təkmilləşdirilməsi sisteminin metodoloji əsaslarını işləyib hazırlamışdır. 2011-ci ildən M.M. Ələkbərov müsabiqə yolu ilə kafedranın professoru seçilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə M.M. Ələkbərova “İctimai səhiyyə və səhiyyənin təşkili” kafedrasının professoru elmi adı verilmişdir. Yüz otuza yaxın elmi işin müəllifidir. Professor M.M. Ələkbərov elmi və elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirak edir. Onun rəhbərliyi ilə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün və “Menecment” ixtisası üzrə magistrlik dissertasiyaları müdafiə edilmişdir. Bütün fakültələrin tələbələrinə, rezidentlərə və magistrantlara mühazirələr və praktik məğələlər kecir. Kafedrada tədris proqramlarının, imtahan testlərinin, dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin, hazırlanmasında, kafedranın planlı elmi-tədqiqat işlərinin yerinə yetirilməsində yaxından iştirak edir. Kafedrada tədris olunan fənlərdən imtahan testlərinin tərtibi üzrə ekspertdir. Professor M.M. Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və Əczaçılıq Elmləri üzrə Ekspert Şurasının üzvüdür. 2010-cu ildən Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvüdür. Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən Elmin və təhsilin inkişafındakı xidmətlərinə görə “Rusiya Federasiyasının əməkdar elm və təhsil işçisi” fəxri adına layiq görülüb. Ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Baş laborant/ Azərbaycan Tibb Universiteti * 1991-1992
Оценка организации и качества деятельности центров гигиены и эпидемиоло-гии Азербайджанской Республики по результатам социологического обследов-ания населения//Международный медицинский журнал. 2005,том 10, №4,с.122-124,
О необходимости и условиях применения новых информационных технологий в управлении деятельностью центров гигиены и эпидемиологии//Успехи современного естествознания.Москва,№2,2005,с.26-27,
Результаты эксперимента по внедрению системы непрерывного повышения качества управления центрами гигиены и эпидемиологии//Фундаментальные исследования. Москва, 2005, №8, с. 30-33.
Методология оценки социальной эффективности совершенствования управления ЦГиЭ //Современные наукоемкие технологии. Москва, №10, 2005, с. 108-110.
Анализ использования рабочего времени директоров центров гигиены и эпидемиологии//Международный медицинский журнал. 2005, том 11, №4, с. 114-117
Оценка рациональности организации труда руководителей структурных подразделений центров гигиены и эпидемиологии//Azərbaycan tibb elminin müasir nailiyyətləri, №1, 2008, s. 131-139
Влияние ислама на формирование здорового образа жизни и профилактики СПИДа//Успехи современного естествознания, №5, Москва, 2010, с. 115-117.
Проблемы общественного здоровья в коране//Фундаментальные исследования. – 2013. – № 1 (часть 3) – С. 660-665
Закономерности распространенности воспалительных заболеваний парадонта у больных бруцеллезом// Успехи современного естествознания №3, Москва. 2011 с.48-50
Особенности распространенности ювенильного ревматоидного артрита среди детского населения Азербайджанской Республики //Современные наукоемкие технологии,№12,Москва2010,с.104-105.
Азярбайъан Республикасында санитарийа-епидемиоложи хидмятин тяшкили вя идаря олунмасы ,-монографийа, Бакы, 2003, 192с.
Əhalinin qidalanma davranışının səciyyəvi xüsusiyyətləri//
Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2022, №3, s.125-131
1.Методика расчета затрат времени на обследование объекта. Инфор-мационное письмо. Харьковская областная СЭС. Харьков, 1991г., с. 7
2.Методика вычисления интегрального показателя качества государственного санитарного надзора Информационное письмо. Харьковская областная СЭС. Харьков, 1991г.
3.Экспертная оценка качества и эффективности работы центров гигиены и эпидемиологии. Методические рекомендации. Баку, 1996г., 27 с.
4.Методика анализа деятельности центров гигиены и эпидемиологии. Методические рекомендации. Баку, 1998г., 15с.
5.Эиэийена вя епидемиолоэийа мяркязляринин ишинин кейфиййят вя сямярялилийинин планлашдырылмасы цчцн мцвяггяти нормативлярин щесабланмасы методикасы Информасийа мяктубу. Бакы, 2003, 5с.
6.Эиэийена вя епидемиолоэийа мяркязляринин рящбярляринин вя мцтяхяссисляринин иш вахтларынын истифадя едилмясинин юйрянилмяси вя нормалашдырылмасы цсуллары. Методик тювсийyяляр. Бакы, 2003, 30с.
7.Эиэийена вя епидемиолоэийа мяркязляринин идаряолунмасынын тяшкилати структурунун тякмилляшдирилмяси. Методик тювсиййяляр. Бакы, 2005, 20с.
8.Дювлят санитарийа нязаряти обйектляринин мцайиня едилмя тезлийинин вя риск групларынын тяйин едилмяси методикасы.Методик тювсиййяляр. Бакы, 2005, 19с.
Məmmədov C.Y.Müasir şəraitdə bronxial astmanın əhali arasında yayılması, diaqnostikası,müalicəsi və profilaktikasında sübutlu təbabətin prinsipləri., 2011