Rezidentura
“İctimai Səhiyyə və Səhiyyənin Təşkili” kafedrasında “Sosial Gigiyena və Səhiyyənin Təşkili”, eləcə də “Gigiyena” ixtisasları üzrə rezidentura proqramı mövcuddur.
"Sosial gigiyena və səhiyyənin təşkili" ixtisası üzrə rezidenturada əhalinin sağlamlığına sosial amillərin təsirinin tənzimlənməsi öyrənilir, eləcə də ictimai sağlamlığın qorunması, möhkəmləndirilməsi və yaxşılaşdırılması üçün səmərəli tədbirlərin tətbiqi yolları işlənib hazırlanır. Bu, elmi cəhətdən əsaslandırılmış proqnozların hazırlanmasına, səhiyyə sisteminin idarə olunmasına, tibbi xidmətin keyfiyyətinə nəzarətə və sağlam həyat tərzinin formalaşmasına şərait yaradır, xəstəliklərin yayılmasının və sosial bərabərsizliyin azalmasına kömək edir.
"Gigiyena" ixtisası üzrə rezidentura insan sağlamlığının qorunması və möhkəmləndirilməsi sahəsində biliklər verir. Bu, ətraf mühit şəraitinin və həyat tərzinin insan orqanizminə təsirinin öyrənilməsi, xəstəliklərin qarşısının alınması və optimal həyat şəraitinin yaradılması üçün tədbirlərin hazırlanması və tətbiqi üzrə əsasları əhatə edir. Gigiyena fənni profilaktik təbabətin əsasını təşkil edir və insanların sağlamlığının fərdi, ictimai və dövlət səviyyəsində qorunmasına xidmət edir.
Doktorantura
“İctimai Sağlamlıq və Səhiyyənin Təşkili” kafedrasında 3212.01 “Səhiyyə və onun təşkili” ixtisası üzrə doktorantura təhsili aparılır.