Mövzunun adı:
Əhalinin qidalanma davranışı pozulmalarının sağlamlığa və qeyri-yoluxucu xəstəliklərin formlaşmasina təsirinin qiymətləndirilməsi və onlarin populyasiya səviyyəsində korreksiyasina dair yanaşmalar
Mövzunun aktuallığı:
Qidalanma davranışının pozğunluqlarının (QDP) patogenezi və klinikası çoxdan öyrənilir. QDP özü-özlüyündə təhlükəli xəstəliklərə-anoreksiyaya, bulimiyaya və piylənməyə gətirib çıxara bilər (А.А.Просkурякова 2016; D.Hibb et al., 2017). QDP sağlamlığa ağırlaşdırıcı təsir göstərməklə yanaşı, eyni zamanda müxtəlif xəstəliklərin formalaşmasına səbəb olan bir sıra risk amillərini də fəallaşdırır. Onu da əlavə etmək lazımdır ki, stres və emosional gərginlik qida davranışına (QD) digər psixofizioloji fenomenlərdən daha çox dərəcədə təsir edir. İsbat olunmuşdur ki, distress və onun nəticələri qida pozğunluqları ilə əlaqəlidir (Yui et al., 2018). QDP-nın korreksiyasına dair real tədbirlər indiyə qədər təklif olunmamışdır. Göründüyü kimi, indiyə qədər ayrı-ayrı region əhalisinin QD xüsusiyyətlərinə aid geniş populyasion tədqiqatlar aparılmamış, qida davranışının pozğunluqlarının səbəbləri aşkar edilməmişdir. Yalnız, qida ərzaqları zənbilinin xarakterinin, onların kaloriliyinin və QD-nın bir sıra sosial aspektlərinin öyrənilməsinin əsasında QD rasional korreksiyasını qurmaq və onun reallaşdırılması üçün əhalinin meyilliyini artırmaq mümkündür.
Məqsədi:
QDP yayılması səbəblərinin və sosial-davranış xüsusiyyətlərinin öyrənilməsi, onların sağlamlığa və qeyri-yoluxucu xəstələnmənin formalaşmasına təsiri və populyasion səviyyədə əhalinin QD korreksiyası üçün tədbirlərin işlənib hazırlanması.
Elmi yenilik dərəcəsi:
1.Eksternal, emosiogen və məhdudlaşdırıcı davranış növləri ilə yanaşı, 5 il ərzində yemək davranışının obyektiv qiymətləndirilməsinə və müvafiq korreksiyaedici tədbirlərin görülməsinə imkan verən qarışıq tip təklif olunub.
2.Sağlam qidanın kalorisinin yuxarı həddinin 2200 kkal/gün olduğunu müəyyən edin. Bu qida kolorisi sağlamlığın saxlanılmasına və xəstəliklərin yaranmasında iştirak edən risk faktorlarının azalmasına kömək göstərir.
3. Beş qida səbəti təklif olunub. Göstərilən 100 q-a düşən kalori miqdarı ilə ən çox istehlak edilən qida məhsullarından ibarətdir. Bu səbətlərin istifadəsi hər bir şəxsə (ailə) öz qida seçimləri ilə qidadan istifadə etməyə imkan verir, lakin 2200 kkal/gün ilə məhdudlaşır. Təklif olunan qida səbətləri çoxsaylı, çətin, uzunmüddətli və bahalı pəhrizləri (müalicəvi pəhrizlər istisna olmaqla) əvəz edir.
Tətbiq sahəsi:
Səhiyyə sistemi, müalicə-profilaktika müəssisələri, o cümlədən ambulator-poliklinika müəssisələri, xəstəxanalar, sağlamlıq mərkəzləri, müalicə-diaqnostika mərkəzləri.
Səmərəlilik:
Əhalinin tibbi savadlılığının artırılması, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması.