Nuru Bayramov 1963-cü ildə Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1980-ci ildə N.Nərimənov adına Azərbəycan Tibb Institutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1986-cı ildə bu fakultəni “Lenin adına təqaüdçü” və Cərrahiyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1986-1988-ci illərdə Azərbəycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında klinik ordinatura keçmiş, 1988-ci ildə I.M.Seçenov adına I Moskva Tibb Akademiyasında “Cərrahiyə” ixtisası üzrə aspiranturaya daxil olmuş, 1991-ci ildə aspiranturanı vaxtından əvvəl bitirərək “Tədqiqatçı Həkim” ixtisası almışdır.
1991-ci ildə Moskva Tibb Akademiyasında “Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi” adlı dissertasiya mövzusunu müdafiə edərək “Tibb Elmləri Namizədi” (PhD) elmi dərəcəsini almışdır.
1991-1994-cü illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. Qarabağ müharibəsi dövründə yralılara Tərtər hərbi hospitalında və arxada cərrahi xitmətin göstərilməsində aktiv iştirak etmiş, Xocalı soyqırımında donmaların müalicəsində yenilikçi fəaliyyət göstərmişdir.
1994-cü ildə “Qaraciyər Cərrahiyyəsi və Transplantasiyası’’ mövzuları üzrə elmi tədqiqat işləri aparmaq, “Laparoskopik, Qastroentoroloji və Onkoloji Cərrahiyə” üzrə praktik təcrübə keçmək üçün Türkiyə Respublikasına ezam edilmişdir. 2000-ci ilə qədər Yüksək Ixtisas Xəstaxanasında, Başkənd Universiteti Orqan Nəqli Klinikasında və Ankara Universiteti Cərrahi Onkologiya Bölümündə elmi-tədqiqat işləri aparmış və praktik təcrübə keçmişdir.
1996-1998 illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale Universitetlərinin Ümumi Cərrahiyyə kafedralarında Dossent Doktor kimi, kafedra müdürü vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.
1999-cu ildə “Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası’’ mövzusunda dissertasiyasiya müdafiə edərək “Tibb Elmləri Doktoru” elmi dərəcəsi almışdır.
2000-ci ildə Türkiyədə ixtisaslaşma keçmək üçün göndərilən Mərkəzi Klinik Xəstəxananın həkim və tibb bacılarınına rəhbərlik etmişdir. 2001-ci ildən Azərbaycana qayıdaraq Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təşkilində, kadr hazırlığında, ümumi, laparoskopik və transplantasyon cərrahiyyənin yaradılmasında aktiv iştirak etmişdir.
2001-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında dossent, 2004-cü ildə professor, 2012-ci ildən isə kafedra müdiri vəzifəsinə seçilmişdir.
2014-cü ildə AMEA müxbir üzvü seçilmişdir.
2015-2016 tarixləri arasında ATU Cərrahi Klinikasının Direktor əvəzi vəzifəsində işləmişdir.
2006-cı ildən I müalicə-profilaktika fakültəsi Elmi Şurasının, 2006-2014 cü illərdə D.03.011 Dissertasiya Şurasının üzvü, 2015-ci ildən Ali Attestasiya Komossiyasının Rəyasət Heyətinin üzvü, 2014-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tibb üzrə Əlaqələndirmə Şurasının sədri, 2016-cı ildən Biologiya və Tibb Bölümünün Akademik katibinin müavini və Büronun üzvüdür, 2013-cü ildən ATU-nun “Cərrahiyyə” üzrə Problem Komissiyasının sədridir. Bununla yanaşı bir çox beynəlxalq cəmiyyətlərin üzvüdür: Avropa Hepatoloqlar Cəmiyyəti (EASL), Avropa Endoskopik Cərrahiyyə Cəmiyyəti (EAES), Avropa Transplantasiya Cəmiyyəti (ESOT), Beynəlxalq Qaraciyər Transplantasiyası Cəmiyyəti (ILTS), Beynəlxalq Transplantasiya Cəmiyyəti (TTS), Beynəlxalq Hepato-Pankreato-Biliar Cərrahlar Cəmiyyəti (IHPBA), Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar Cəmiyyəti (IASGO), Beynəlxalq Piylənmə Cərrahiyyəsi Federasiyası (IFSO), Avropa Transluminal Cərrahiyyə Cəmiyyəti (EATS), Klinik Robotik Cərrahlar Cəmiyyəti (CRSA), Türkiyə Qastroenteroloqlar Cəmiyyəti.
Hazırki dövrə qədər 252 kongresdə iştirak etmiş, cəmi 450 işi çap olunub: 40 kitab, 14 metodik tövsiyyə, 185 məqalə, 230 tezis, 11 ixtira və səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 dissertasiya işi müdafiə olunmuşdur. İki qrant layihəsinin iştirakçısıdır.
N.Y.Bayramov ölkəmizdə klinik, elmi təbəbətin və tibb təhsilinin müasirləşməsi və inkişafı prosesində aktiv iştirak etmişdir. O ölkəmizdə ilk müasir klinkalardan olan Mərkəzi Klinika, Gömrük hospitalı və Tədris Cərrahiyyə Klinikalarında cərrahi xidmətin təşkilində fəal iştirak etməklə yanaşı, laparoskopik, transplantasyon, qaraciyər və bariatrik-metabolik cərrahiyənin bərqərar olunmasında və inkişafında, beynəlxalq protokolların təşkili və tətbiqində öncüllərdən olmuşdur.
Ölkəmizdə ilk kök hüceyrə köçürülməsi, bariatrik əməliyyatlar, böyük qaraciyər rezeskiyaları o cümlədən ALPPS əməliyyatları, zədələnməyə nəzarət cərrahiyyəsi, sintetik yamaqla proqramlaşdırılmış laparostomiya, bir çox irəli səvviyyə laparoskopik əməliyyatlar (xoledox eksploarasiyası və rezeksiyası, xoledoxo-duodenoanastomoz, xoledoxo-yeyunoanastomoz, fundoplikasiya, qaraciyər, pankreas, mədə, nazik və yoğun bağırsaq rezeksiyaları, portal vena liqasiyası, qastro-yeyunostomiya, splenektomiya, histerektomiya, kist və yırtıq əməliyyatları, renal kistektomiya, simpatektomiya və s.), dünyada ilk torakoskopik frenik nervektomiya və Azərbaycan Tibb Unversitetində ilk orqan transplantasiyası (2015) onun başçılığı ilə həyata keçirilmişdir.
N.Y.Bayramovun lazerlər, donmalar, qaraciyər rezeksiyası və transplantasiyası, kök hüceyrələr, elastoqrafiya və laparoskopiya üzrə apardığı tədqiqatlarda bir çox elmi nəticələr əldə edilmişdir ki, bunlara aşağıdakıları aid etmək olar: Qanın lazerlə şüalandırılmasının immun sistemə təsirinin 2 qanunauyğunluğunun müəyyənləşdirilməsi, laxtalanma sisteminə korreksiyaedici və qaraciyər regenerasiyasına müsbət təsiri; donmaların erkən müalicəsində suda həll olan əsaslı məlhəmlərin və qanın lazerlə şüalandırılmasının effektivliyi; ultrasəs bıçağının (CUSA - Cavitron Ultrasonic Surgical Aspirator) sirrotik qaraciyər rezeksiyalarında arqonlu koaqulyatorla birlikdə istifadəsini effektivliyi; qaraciyər rezeksiyası üçün su şırnağı üsulunun parametrlərinin dəqiqləşdirilməsi; normal və sirrotik qaraciyərlərin böyük rezeksiyadan sonrakı regenerasiyasının dinamikası və ona təsir edən faktorların öyrənilməsi;, rezeksiyadan sonra qaraciyər yetməzliyinin proqnozlaşdırılması üçün əməliyyatdaxili indosianin sınağı; qaraciyərin kistlərinin və abseslərinin modelləşdirilməsi; qaraciyər transplantasiyasında meydana gələn biliar ağırlaşmalrın səbəbləri və profilaktikası; laparoskopik müdaxilənin kəskin appendisitdə, simultan əməliyyatlarda, fundoplikasiyada, xoledox daşlarında, exinokokkozda və yırtıqlarda effektivliyi; kök hüceyrələrin qaraciyər sirrozunda və yoğun bağırsaq poliplərində rolu; portal hipertenziyanı və postoperativ ağırlaşmaları müəyyənləşdirmədə qaraciyər və dalaq elstoqrafiyasının rolu; bariatrk əməliyyatlarda antrum rezeksiyasının rolu və s.
Nuru Bayramov pedaqoji fəaliyyətinə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasında aspirantura dövründən başlamış, Yüzüncü Yıl Universitesinde (1996–1997) və Kırıkkale Univesitesində (1998) Dosent doktor, Azərbaycan Tibb Universitetində isə asistent (1991–1994), dossent (1999–2004), professor (2004–2012) və kafedra müdiri (2012-dən) vəzifələrində davam etmişdir.
Azərbaycanda tələbələrin və rezisdentlərin cərrahiyyə üzrə təhsilinin müasirləşdirlməsində fəal iştirak etməkdədir. Onun rəhbərliyi ilə ölkəmizdə ilk dəfə olaraq tələbələr və rezidentlər üçün müasir səriştəyönlü təhsil proqramı, Cərrahi xəstəliklər və hərbi səhra cərrahiyyəsi fənni üzrə tədris proqramı, online Cərrahiyyə dərsliyi və bck.az adlı portal hazırlanmış, bütün dərs materiallarının, o cümlədən mühazirələrin, praktiki dərs mövzularının, əməliyyat texnikalarının, test suallarının elektron variantları tərtib etmiş, dəsrlərin multimediya vasitələri ilə aparılmasına başlamış, interaktiv multidissiplinar konsey dərsləri təşkil etmiş, cərrahi xəstələrin müayinə və müalicə protokolları hazırlanmış, tələbələr və rezidentlər üçün açıq və laparoskopik cərrahi təlim kursları, xaricdə və online kurslar təşkil edilmişdir.
2010-cu ilədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir, 2023-cü ildə İnönü Universitetinin Fəxri Doktoru seçilmişdir, 2024-cü ildə Heydər Əliyevin 100 illik yubiley nmedalı ilə təltif edilmişdir. .
Azərbaycan, Türk, Rus və İngilis dillərini sərbəst bilir.
Assistent, ATU I cərrahi xəstəliklər kafedrası, 1991-1994
Doç. Dr., Yüzüncü Yıl Universiteti Tibb Fakültəsi, Ümumi Cərrahiyyə kafedrası, Van,1996-1998
Doç. Dr., Kırıkkale Universiteti Tibb Fakültəsi, Ümumi Cərrahiyyə kafedrası, Kırıkkale, 1998-1999
Dossent, ATU, I cərrahi xəstəliklər kafedrası, 1999-2004
Professor, ATU, I cərrahi xəstəliklər kafedrası, 2004-2012
Kafedra müdiri, ATU, I cərrahi xəstəliklər kafedrası, 2012-indiyədək
1. Tibb üzrə ali baza təhsili,
Azərbaycan Tibb Universiteti, 1980-1986
2.Cərrahiyyə ixtisası üzrə klinik ordinatura
Azərbaycan Tibb Universiteti, 1986-1988
3.PhD üzrə doktorantura
Seçenov Universiteti, 1988-1991a
4. Üst ixtisas (transplatasiya, onkoloji və QİS cərrahiyyəsi)
Türkiyə Yüksək İxtisas Xəstəxanası, Başkent Universiteti, Ankara Universiteti, 1994-1996
Tibb Elmləri Doktoru, 1999
AMEA müxbir üzvü, 2014
İnönü Universitetinin Fəxri Doktoru, 2023
Laparoskopik cərrahiyyə, Ankara, 1994
Mikrocərrahiyyə, Gülhane Askeri Tıp Akademisi, Ankara, 2000
ATLS (Advanced Trauma Life Support, American College of Surgeons), 2003
Laparoskopik fundoplikasiya, İstanbul Hastanesi, İstanbul, 2006
Qaraciyər transplantasiyası, IASGO + TKD, İstanbul, 2011
Qaraciyər transplantasiyası, EASL, Lissabon, Portuqaliya, 2011
Transplantasiya (ITP, European Society of Transplantation), 2012
Split Liver Transplantation, Bursa, Turkiyə, 2012
Böyrək transplantasiyası, Bilim Universiteti, İstanbul, 2016
Qaraciyər transplantasiyası, İnönü Universiteti, Malatya, 2017, 2018, 2019
Böyrək Tranplantasiyası, ITN, ESOT, İstanbul, 2023
Kitablar
Jurnal məqalələri
Kitab bölümləri
Bayramov N, Əzimov E. Qarın Boşluğunun Odlu Silah Yaralanmalarına Yanaşma Prinsipləri. Azərbaycan Tibb Universiteti; 2022.
Bayramov NY, Əliyev S. Nekrozlaşdırıcı Fassiit (Epidemiologiyası, Etiopatogenezi, Klinikası, Diaqnostikası, Müalicəsi).; 2022.
Rafiev SF, Bayramov NY. [Recurrent peptic ulcer perforation after re-resection of the stomach]. Klinicheskaia khirurgiia. 1987;(10):62-63.
Вeртьянoв ВA, Сoпрoмадзe МA, Байрамoв НЮ. Испoльзoваниe высoкo-и низкoeнeргeтичeскиx лазeрoв при лeчeнии гнoйныx ран. (russian). In: Aктуальныe Прoблeмы Нeoтлoжнoй и Рeкoнструктивнoй Xирургии, Сбoр. Науч. Труд. Мoсква. ; 1990:41-43.
Gostishchev VK, Vert’ianov VA, Sopromadze MA, Shkrob LO, Baĭramov N. [Laser irradiation of blood in surgery]. Khirurgiia. 1991;(1):121-125.
Gostishchev VK, Shkrob LO, Vert’ianov VA, Baĭramov NI, Guseva MR. [Effects of intravascular laser irradiation of blood on the state of the immune system of patients with chronic osteomyelitis]. Khirurgiia. 1991;(9):98-101.
Гoстишeв В, Байрамoв Н, Шкрoб Л. Закoнoмeрнoсти рeагирoвания иммуннoй систeмы бoльныx с xрoничeскoй гнoйнoй инфeкциeй на лазeрнoe oблучeниe крoви. 1-ый сьeзд Иммунoлoгoв и Aллeргoлoгoв Aзeрбайджана. 1992;(Баку):84-86.
Gostishchev VK, Vert’ianov VA, Vavilova GS, Shkrob LO, Sopromadze MA, Baĭramov NI. [The joint use of low-energy laser radiation in treating a chronic suppurative infection]. Vestnik khirurgii imeni I I Grekova. 1992;148(3):340-344.
Safiyeva A, Bayramov N, Avunduk MC. The Prognostic Importance of Cancer Stem Cells in Colorectal Polyps. Annali Italiani di Chirurgia. 2024;95(1):70–77. https://annaliitalianidichirurgia.it/index.php/aic/article/view/3302
Bayramov N. Odlu silah yaralanmalarının patogenezi və müalicə prinsipləri. In: Gənc Alimlərin Elmi-Praktik Konfransı,. ; 1994:10-20.
Sultanoov H, Əliyev E, Qapaqov F, Bayramov N. Kəskin xolesistitin kompleks müalicəsində kombinəolunmus lazer şualandırılması. ATU yekun konfransı. 1994;(Bakı):89-90.
Hummetov AF, Şirinova XN, Aliyev SA, Abbasov AH, Bayramov NY. Evaluation of elastosonography and fine-needle aspiration biopsy results in the diagnosis of thyroid nodules. The Egyptian Journal of Surgery. 2023;42(4):835-839.
Qapaqov F, Bayramov N, Rüstəmov ƏM, Abbasov A. İrinli odlu silah yaralanmalarının profilktika və müalicəsi. In: ATU Yekun Konfransı. ; 1994:249-250.
Sultanoov H, Əliyev E, Qapaqov F, Bayramov N. İrinli xolangitin kompleks mualicəsində azenerjili lazerlərin tətbiqi. In: ATU Yekun Konfransı. ; 1994:90-91.
Bayramov N, Sultanov H, Cümşüdov C, Beşirov E, Kapakov F, Rzayev T. Karaciğerin ateşli silah yaralanmalarında debridmandan sonraki yara yüzeyi ve kavitesinin tedavisi. Van Tıp Dergisi. 1995;2(2):125-130.
Bayramov N, Gündoğdu H, Akoğlu M, Elbir O, Bayramoğlu E, Gencer A. Karaciğer tümörlerının rezektabılıtesının saptanmasında preoperatif incelemelerın yerı. MN Klinik Bilimler (Cerrahi). 1996;2(2):14-16.
Bayramov N, Demirci S, Akoğlu M, Gündoğdu H, Karaayvaz M, Beşirov E. Cavitron ultrasonic surgical aspirator (CUSA) for resection cirrhotic and normal livers. International Islamic Medical Journal. 1996;1(3-4):12-19.
Bayramov N, Cümşüdov C, Durak İ, Kavutçu M, Bayramova T, Gençcelep M. Dalarginin karaciğer rejerasyonuna ve lipid peroksidasyonuna ekisi. Van Tıp Dergisi. 1996;3(2):99-104. http://bck.az/elm-ve-tedqiqat/meqaleler/m-1996-dalarginin-karaciger-regenerasiyonuna-etkisi
Bayramov NY. Classification of gunshot wounds of the liver. Eastern Journal of Medicine. 1996;1(2):80-85.
Bayramov NY, Karakayalı H. Yardımcı karaciğer naklinin avantajları ve dezavantajları. Güncel Gastroenteroloji. 1997;1(2):242-253.
Bayramov N, Gündoğdu H, Demirçi S, Akoğlu M, Karaeyvaz M, Bayramoğlu E. A comparison between ultrasonic dissector and clamp fracture technique in liver resection. Turkish Journal of Sugery. 1997;13(4):249-257.
Bayramov N. Rezeksiyadan sonrakı qaraciyər yetməzliyində qaraciyərin funksional göstəricilərinin dinamikası. Azərbaycan Tibb Jurnalı. 1997;(5):45-50.
Bayramov NY. Effect of the local and portal blood laser irradiation on the liver regeneration. Eastern Medical Journal. 1998;3(1):44-50.
Bayramov NY. Karaciğer rezeksiyonu sonrası komplikasyonları etkileyen risk faktörleri. İzmir Atatürk Eğitim Hastanesi Tıp Dergisi. 1998;2:39-46.
Bayramov NY. Сравнительная характеристика методов резекции печени по поводу гепатоцеллюлярного рака при сопутствующем циррозе. Анналы хирургической гепатологии. 1999;4(1):22-28.
Bayramov N, Rüstəmov Ə, Zeynalov S. Cərrahlıq: dünən, bu gün, XXI əsrdə. In: İ.M.Məmmədovun 80 Illiyinə Həsr Olunmuş Elmi-Praktik Konfrans Materialları. ; 1999:5-9.
Iusifoglu NB. [Prognostically significant factors of complications after liver resection]. Vestnik khirurgii imeni I I Grekova. 1999;158(4):97-100.
Sultanov H, Əliyev S, Bayramov N. Kolorektal qanaxmalar zamanı cərrahi taktika. Azərbaycan Tibb Jurnalı. 2000;(2):112-114.
Bayramov NY, Sultanov HA, Rzayev TM. Qaraciyərin rezeksiya üsullarının üstün cəhətləri və qüsurları. Kimya, Biologiya, Tibb. 2000;(1):86-93.
Ашрафов АА, Байрамов НЮ, Меликова МД. Современные методы рассечения паренхимы печени. Анналы хирургической гепатологии. 2000;5(2):54-60.
Rzayev TM, Sultanov HA, Bayramov NY, Rüstəmov Ə., Zeynalov BM. Eksperimentdə qaraciyərin maye şırnağı və əzmə üsulları ilə rezeksiyası. In: Müsir Cərrahiyyənin Aktual Problemləri. Bakı. M.Topçubaşov adında Elmi Cərrahiyyə Mərkəzi; 2000:57-59.
Bayramov NY, Sultanov HA, Rzaev TM, Abbasov AH, Aliev TQ, Zeynalov BM. Факторы прогноза осложнений после резекции печени. Müasir Cərrahiyyənin Aktual Problemləri Bakı. Published online 2000:53-56.
Kotan Ç, Bayramov N, Rzayev T, Taş A, Abbasov U. Diameter and Pressure of the Water-Jet For Liver Resection. Eastern Journal of Medicine. 2001;6(2):43-47.
Məhərrəmov P, Bayramov NY. Laparoskopik xolesistektomiyada öd yollarının əməliyyatdaxili müayinəsi və korreksiyası. Sağlamlıq. 2007;(6):12-18.
Bayramov NY, Məhərrəmov PF. Mirrizzi sindromunun müalicəsində laparoskopiyanın tətbiqi. Azərbaycan Tibb Jurnalı. 2007;(3):26-29.
Zeynalov S, Bayramov N, Salahova S, Rüstəm ƏM, Qədirova A. Kəskin appendisitin diaqnostikası və müalicəsində laparoskopiya. Cərrahiyyə. 2008;(1):63-68.
Salahova S, Bayramov N. Kəskin appendisitin ağırlaşmış formalarının açıq və lararoskopik üsulla cərrahi müalicəsinin nəticələrinin müqayisəli təhlili. Azərbaycan Tibb Jurnalı. 2008;(3):126-128.
Bayramov N, Qədirova A. Laparoskopik cərrahiyyədə yeniliklər. In: Azerbaycan-Türkiye Akademik Tıp Toplantıları. ; 2008:5-13.
Bayramov N, Qədirova A. Qarın boşluğu üzvlərinin müştərək cərrahi xəstəliklərinin müalicəsində endovidiocərrahiyyənin imkanları. In: Prof. A.Ə.Axunbəylinin 70 Illik Yubleyinə Həsr Olunmuş Konfransın Materialları. Azərbaycan Tibb Universiteti; 2008:59-65.
Bayramov N, Qədirova A, Xəlilov Z. Mədə-bağırsaq anastomoz buraxmalarına müasir baxış-hissə-1. Azərbaycan təbabətinin müasir nailiyyətləri. 2009;(4):49-53.
Bayramov N, Qədirova A. Laparoskopik cərrahiyyənin hazirki vəziyyəti (hissə 2). Cərrahiyyə. 2009;(3):109-113.
Bayramov N, Qədirova A, Xəlilov Z. Mədə-bağırsaq anastomoz buraxmalarına müasir baxış-hissə-2. Azərbaycan təbabətinin müasir nailiyyətləri. 2009;(5):36-43.
Байрамов Н, Кадырова А. Симультанные операции в абдоминальной хирургии. Azərbaycan təbabətinin müasir nailiyyətləri. 2009;(3):21-28.
Байрамов Н, Кадырова А. Тромбирование и нагноение кавернозной гемангиомы печени. Azərbaycan təbabətinin müasir nailiyyətləri. 2009;(6):199-201.
Bayramov N, Qədirova A, Bayramova T. Laparoskopik cərrahlıqda daimi kontrasepsiyanın simultan əməliyyat kimi icrası. Azərbaycan Tibb Jurnalı. 2009;(3):24-25. https://www.researchgate.net/publication/363753141_Laparoskopik_crrahliqda_daimi_kontrasepsiyanin_simultan_mliyyat_kimi_icrasi
Bayramov N, Qədirova A. Laparoskopik cərrahiyyənin hazirki vəziyyəti (hissə 1). Cərrahiyyə. 2009;(2):88-92.
Bayramov N, Gadirova A. Endovideosurgery in the diagnosis and treatment of combined gynecological and surgical pathology. Endoscopic surgery. 2009;15(5):17-20.
Байрамов Н, Кадырова А, Гасанов А. Случай желудочно-кишечного кровотечения и механической желтухи вследствии разрыва аневризмы добавочной правой печеночной артерии в общий печеночный проток и двенадцатиперстную кишку. Sağlamlıq. 2009;(6):168-171.
Bayramov N, Qədirova A. Diaqnostik göstəricilər: həssaslıq, spesifiklik, pozitiv və neqativ proqnostik səviyyə, diaqnostik dəqiqlik. Azərbaycan təbabətinin müasir nailiyyətləri. 2010;(4):130-134.
Bayramov NY, Qədirova A, Abbasov A. Laparoskopik xoledoxo-duodenostomiya təcrübəmiz. Cərrahiyyə. 2010;(4):36-39.
Bayramov NY. Hepatosellular karsinoma. In: Azerbaycan-Türkiye Akademik Tıp Toplantıları,. ; 2010:40-49.
Bayramov N, Namazov A, Qapaqov F. Residiv qasıq yırtıqlarının laparoskopöik və Lixtenşteyin üsulu ilə plastikasının erkən nəticələri. Azerbaijan Medical Journal. 2010;(3):35-37.
Bayramov N, Qədirova A, Məhərrəmov P. Laparoskopik xolesistektomiyada xoledox patologiyalarının diaqnostikasında əməliyyatönü maqnit rezonans xolangioqrafiya və əməliyyatdaxili xolangioqrafiyanın müqayisəli xarakteristiksı. Cərrahiyyə. 2010;(3):74-80.
Bayramov N, Gadirova A. Endovideosurgery in diagnosis and treatment for combined gynecological and abdominal pathology. Здравохранение. 2010;(1):54-57.
Bayramov NY. Orqan transplantasiyasında müasir istiqamətlər. In: Azərbaycan Tibb Universitetinin 80 Illik Yubileyinə Həsr Olunmuş Beynəlxalq Elmi Konfransın Materialları. Azərbaycan Tibb Universiteti; 2010:15-18.
Байрамов Н, Кадырова А. Множественные холангиогенные абсцессы печени и механическая желтуха у больного с холелитиазом, осложненным холецистоколической фистулой. Cərrahiyyə. 2010;(2):23-26.
Bayramov NY, Qədirova A. Xolesisto-xoledoxolitiazın müalicəsində müasir istiqamətlər. Cərrahiyyə. 2011;(2):46-49.
Bayramov N, Qədirova A, Novruzov N. İntraabdominal cərrahi infeksiyalarda emprik antibiotikoterapiya. Cərrahiyyə. 2011;(2):74-83.
Bayramov N, Paşazadə V, Əmirov T. Qaraciyərin bioloji və biosuni əvəzediciləri. Cərrahiyyə. 2011;(3):95-99.
Кадырова А, Байрамов Н, Новрузов Н, Баширов Э. Острое нарушение мезентериального кровообращения у больных с генерализованной формой миастении и периферическим васкулитом. Cərrahiyyə. 2011;(2):73-78.
Bayramov N. Həsən Abbas oğlu Sultanov. In: Professor Həsən Abbas Oğlu Sultanovun 80 Illik Yübileyinə Həsr Olunmuş Elmi-Praktik Konfransın Materialları. ; 2012:3-4.
Bayramov NY. Türkiye ile Azerbaycan arasında tıp alanında ilişkilerin genişlenmesine genel bakış. Güncel Gastroenteroloji. 2012;16(3):189-191.
Bayramov N, Bayramova T, Allahverdiyev S, Rüstəm ƏM. Hamilə qadınlarda diaqnostik və müalicəvi laparoskopiyanın istifadəsi zamanı SAGES qaydaları. Cərrahiyyə. 2012;(2):83-88.
Bayramov N, Novruzov N, Səfiyeva A, Qədirova A. Cərrahi ağırlaşmaların ağırlıq dərəcələrinə görə təsnifatları. Cərrahiyyə. 2012;29(1):91-96.
Bayramov N, Rüstəm Ə. Endoskopik cərrahlıqdan robot cərrahlığına doğru. In: Professor Həsən Abbas Oğlu Sultanovun 80 Illik Yübileyinə Həsr Olunmuş Elmi-Praktik Konfransın Materialları. ; 2012:5-8.
Bayramov N, Allahverdiyev A, Bayramova G. Mezenximal kök hüceyrələrin transplantasiyada perspektivləri. Cərrahiyyə. 2013;(4):14-21.
Bayramov N, Omarov T, Zeynalov N, Aslanova K, Pashazade V. Laparoscopic Choledochoduodenostomy for Treatment of Benign Common Bile Duct Strictures. World Journal of Medical Sciences. 2013;8(4):396-400.
Bayramov N, Zeynalov N, Pashadze V. Laparoscopic choledochoduodenostomy. Khirurgiia. 2013;(1):43-46.
Mamedov R, Unal B, Ara C, et al. Temporary Portocaval Shunt by Piggyback Cava in Liver Re-Transplantation: Report of a Case. British Journal of Medicine and Medical Research. 2013;4(3). doi:10.9734/BJMMR/2014/5694
Yılmaz S, Kayaalp C, Yılmaz M, Bayramov NY, Məmmədov R, Novruzov N. Canlıdan qaraciyər transplantasiyasinda donorlarda əməliyyatdan sonraki ağırlaşmalar: 600 donorun nəticələri. Cərrahiyyə. 2013;(4):44-50.
Bayramov N, Zeynalov N, Zeynalov S, Salahova S. Laparoscopic versus open appendectomies for simple and difficult cases. International Journal of Science Commerce and Humanities. 2013;1(2):107-111.
Bayramov N, Novruzov N, Güraras A. Sirrotik xəstələrdə kritik vəziyyətlərə ümumi yanaşma prinsipləri. Cərrahiyyə. 2013;(2):26-29.
İsmayılov İ, Yıdız A, Ersoy E, Yüksel O, Akın M, Bayramov N. Əməliyyatdan sonrakı yırtıqlara dair. Sağlamlıq. 2013;(2):32-38.
Baĭramov NI, Giuraras AS, Pashazade VA. [Comparative characteristic of preoperative magnetic resonance and intraoperative cholangiography in diagnostics of the common biliary duct disorder]. Klinichna khirurhiia. 2013;(4):20-23.
Bayramov NY, Güraras A. Kəskinləşmiş qaraciyər yetməzliyinin və hepatorenal sindromun diaqnostika və müalicə prinsipləri. Cərrahiyyə. 2013;33(1):24-27.
Zeynalov S, Bayramov N, Rustam ƏM, Bayramova T. Qadınlarda öddaşı xəstəliyinin və kiçik çanaq üzvlərinin cərrahi xəstəliklərinin müalicəsində simultan cərrahi əməliyyatlar. In: Azərbaycan Mama-Ginekoloqlarının IV Qurultayının Məqalələr Toplusu. ; 2014:302-312.
Yılmaz S, Kayaalp C, Abbasov P, Bayramov N, Novruzov N. Qapı venası trombozunda trombektomiya zamanı balon kateter istifadəsi. Cərrahiyyə. 2014;(2):30-32.
Bayramov N, Məmmədov R, Novruzov N, Səfiyev I, Məmmədova Ş. Canli donordan alınmıs qaraciyərin ortotopik transplantasiyasından sonrakı biliar agırlasmalar. Cərrahiyyə. 2014;(4):80-89.
Mamedov R, Novruzov N, Baskiran A, et al. Living donor liver transplantation with replacement of vena cava for Echinococcus alveolaris: A case report. International Journal of Surgery Case Reports. 2014;5(3):169-171. doi:10.1016/j.ijscr.2014.01.003
Алиев С, Байрамов Н, Алиев Э. Peculiarities of diagnosis and tactics of surgical treatment of diaphragmatic ruptures in case of closed combined trauma of the chest and abdomen. Grekov Bulletin of Surgery. 2014;173(4):66-72. doi:10.24884/0042-4625-2014-173-4-66-72
Yılmaz S, Özgor D, Dirican A, et al. Complications after transplantation of hepatic fragment from a living donor: results of surgical intervention in 600 donors. Клиническая хирургия. 2014;(4):20-23.
Bayramov N, Məmmədov R, Kayaalp C, Yılmaz S, Həsənov A. Canlı vericili qaraciyərin sağ payının transplantasiyasından sonrakı biliar fəsadlar: 147 hadisənin təhlili. Cərrahiyyə. Published online 2015:9-15.
Bayramov N, Ömərov T, Zeynalov N. Qaraciyərin fibrozunu qiymətləndirmə üsulları. Cərrahiyyə. 2015;41(1):39-41.
Bayramov N, Omarov T, Zeynalov N, Bayramli F. First Sleeve Gastrectomy Series in Azerbaijan. In: 20th World Congress of the IFSO. IFSO; 2015:33-36.
Bayramov NY, Mamedov RA, Kayaahlp J, Yylmaz S, Askerov MY, Mamedova SS. [BILIARY COMPLICATIONS AFTER TRANSPLANTATION OF HEPATIC RIGHT LOBE FROM LIVING DONORS]. Klinichna khirurhiia. 2015;(10):32-34.
Ismayilov IY, Yuksel O, Ersoy E, Turkmenogli TT. The results of usage postoperative hernias in rat onlay method and of using Disba-01 to the surgical wounds. Azerbaijan Medical Journal. 2016;(3):94-98.
Şirinova X, Məmmədov R, Bayramov N. Retroperitoneal fibroz – Ormond xəstəliyi. Sağlamlıq. 2016;(4):191-194.
Mamedov R, Bayramov N. First Living Donor Liver Transplantation For Congenital Hepatic Fibrosis In Azerbaijan. Azerbaijan Medical Association Journal. 2016;1(1):16. doi:10.5455/amaj.2016.01.006
Səfiyeva A, Bayramov N, Novruzov N. Kolorektal poliplərdə kök hüceyrələrin proqnostik əhəmiyyəti. Cərrahiyyə. 2016;(3):92-95.
Şirinova X, Məmmədov R, Bayramov N. Pankreasin neyroendokrin şişi: İnsulinoma. Cərrahiyyə. 2016;(4):42-45.
Bayramov N, Abdullayev A, Nəbiyeva E. Laparoskopik piylənmə əməliyyatlarından sonra rast gəlinən ağırlaşmalar. Cərrahiyyə. 2016;3:16-21.
İsmayilov İ, Yüksel O, Bayramov N, Ersoy E, Türkmenoğlu T. Siçovullarda əməliyyatdan sonraki yirtiqlarin birincili bərpasinda disba-01 maddəsinin istifadəsinin yara sağalmasina və ekstrasellulər matriksə təsiri. Sağlamlıq. 2016;(4):140-148.
Novruzov NH, Bayramov NY, Məmmədov RA, Səfiyeva AK. Kiçik qaraciyər sindromunun inkişaf səbəbləri və profilaktika yolları. Cərrahiyyə. 2016;(4):86-92.
Алиев С, Байрамов Н, Алиев Э. Инфицированный панкреонекроз: состояние проблемы и альтернативные подходы к хирургическому лечению. Вестник хирургической гастроэнтерологии (Россия). 2016;(1-2):75-83.
Gummatov A, Abbasov A, Shirinova X, Bayramov N. Evaluation of the results of fine-needle aspiration biopsy of thyroid nodules. Хирургия Восточная Eвропа. 2017;(1):29-35.
Bayramov N, Aslanova K, Rüstəm ƏM. Xolesistoxoledoxolitiazın cərrahi müalicəsinə açıq, laparo/endoskopik və birmərhələli laparo/xoledoxoskopik yanaşmanın nəticələri. Azərbaycan Tibb Jurnalı. 2017;(3):5-11.
Ömərov T, Salahova S, İbrahimova A, Səlimova E, Bayramov N. Azərbaycan populyasiyasında mədəkiçiltmə əməliyyatlarının perspektivlərinin təhlili. Cərrahiyyə. 2017;(4):18-20.
Mamedov RA, Bayramov NY. First living donor liver transplantation for congenital hepatic fibrosis in Azerbaijan. Transplantologiya. 2017;9(2):113-117. doi:10.23873/2074-0506-2017-9-2-113-117
Sariyeva E, Salahova S, Bayramov N. [IMPORTANCE OF SHEAR WAVE ELASTOGRAPHY OF LIVERS IN PRACTICALLY HEALTHY PREGNANT WOMEN]. Georgian medical news. 2017;(268-269):43-47.
Маmedov RА, Bayramov NY, Novruzov N, Каyaahlp J, Yilmaz S, Маmedova SS. СРАВНЕНИЕ МЕТОДОВ НАЛОЖЕНИЯ БИЛИАРНЫХ АНАСТОМОЗОВ ПОСЛЕ ПЕРЕСАДКИ ПРАВОЙ ДОЛИ ПЕЧЕНИ ОТ ЖИВОГО ДОНОРА. Klinicheskaia khirurgiia. 2017;(11):20. doi:10.26779/2522-1396.2017.11.20
Rzayev T, Rüstəm ƏM, Xıdırova N, Bayramov N, Əhmədov ƏM. Mədə varikozlarından qanaxmaların N-butil 2-cyanoakrilat ilə endoskopik müalicəsi. Cərrahiyyə. 2017;(3).
Bayramov N, İbrahimova A. Laparoskopik xolesistektomiya əməliyyatının identifikasiya, disseksiya və prosedura problemlərinin həllinə əsaslanan çətinlik dərəcələri klassifikasiyası. Cərrahiyyə. 2017;(2):7-16.
Yilmaz S, Kizilay A, Bayramov N, Tekin A, Emre S. Multiple Swaps Tested: Rehearsal for Triple and Five-Liver Paired Exchanges. Transplantation Proceedings. Published online March 2023.
Huseynova RM, Bayramov YN, I. CB. Comparative Analysis of Outcomes of Patients with Hepatitis C Virus-Related Cirrhosis and Those with Hepatitis C Virus Related Hepatocellular Carcinoma. Asian Journal of Research and Reports in Gastroenterology. 2024;7(1):6–12. https://journalajrrga.com/index.php/AJRRGA/article/view/123
Yilmaz S, Kizilay A, Bayramov N, Tekin A, Emre S. Multiple Swaps Tested: Rehearsal for Triple and Five-Liver Paired Exchanges. Transplantation Proceedings. Published online March 2023.
Hüseynova M.R., Bayramov N.Y., Məmmədova M.H. Hepatosellülyar Karsinomanin Diaqnostikasinda Süni İntellekt Alqoritmlərinin Rolu. Azerbaijan Medical University Journal. 2023;4(2):1-12
Hummetov AF, Şirinova XN, Aliyev SA, Abbasov AH, Bayramov NY. Evaluation of elastosonography and fine-needle aspiration biopsy results in the diagnosis of thyroid nodules. The Egyptian Journal of Surgery. 2023;42(4):835-839.
Safiyeva A, Bayramov N, Avunduk MC. The Prognostic Importance of Cancer Stem Cells in Colorectal Polyps. Annali Italiani di Chirurgia. 2024;95(1):70–77. https://annaliitalianidichirurgia.it/index.php/aic/article/view/3302
Huseynova RM, Bayramov YN, I. CB. Comparative Analysis of Outcomes of Patients with Hepatitis C Virus-Related Cirrhosis and Those with Hepatitis C Virus Related Hepatocellular Carcinoma. Asian Journal of Research and Reports in Gastroenterology. 2024;7(1):6–12. https://journalajrrga.com/index.php/AJRRGA/article/view/123
Qaraciyər sirrozunda elastoqrafiya
Qərbi Azərbaycan İcması
Salahova Sevinc Şahin qızı, Atipik və ağırlaşmış appendisitlərdə laparoskopik appendektomiya, 2009
Məhərrəmov Pərvin Fikrət oğlu, Laparoskopik xolesistektomiyada öd yolları patologiyalarının əməliyyatdaxili müayinəsi və korreksiyası, 2010
Rəfiyev Fərid Səxavət oğlu, Laparoskopik fundoplikasiyanın ağırlaşmalarının profilaktikası, 2012
Qədirova Aygün Seyidağa qızı, Qarın boşluğu üzvlərinin müştərək cərrahi xəstəliklərinin laparoskopik diaqnostikası və müalicəsi, 2012
Namazov Anar Elxan oğlu, Qarın ön divarının yırtıqlarının laparoskopik plastikasında ağırlaşmaların profilaktikası, 2013
İbrahimova Aygün, Piylənməli xəstələrdə abdominal əməliyyatlardan sonrakı dövrdə qaraciyər disfunksiyasının araşdırılması, 2022
Səfiyeva Aynur, Kolon və rektum poliplərində kök hüceyrələrinin kliniki əhəmiyəti, 2022
Ömərov Taryel, Aşırı piylənməli xəstələrdə bariatrik-metabolik cərrahi müalicənin oprtimallaşdırılması, 2022