24 aprel 1961-ci ildə Naxçıvan MR-nın Şahbuz şəhərində anadan olmuşdur.1968-1976-cı illərdə Şahbuz şəhər 1 saylı orta, 1976-78-ci illərdə Bakı şəhər kimya-biologiya təmayüllü 5 saylı respublika internat məktəbində tam orta təhsil almışdır. 1978-1979-cu ildə Naxçıvan, 1982-1983-cü illərdə Bakı şəhərində müxtəlif tikinti idarəələrində fəhlə işləmiş, 1979-1981-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1983-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 1989-cu ildə həmin fakultəni Nərimanov təqaüdü və fərqlənmə diplomu ilə bitirmişdir. 1989-1991-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I cərrahi xəstəliklər kafedrasında “Cərrahlıq” ixtisası üzrə klinik ordinaturada, 1991-1994-cü illrdə isə eyni kafedrada həmin ixtisas üzrə aspiranturada təhsil almışdır. 1995-ci ildə “Qarın boşluğunun gəskin cərrahi xəstəliklərinin kompüter diaqnostikası” mövzusunda 14.00.27 – “Cərrahlıq” ixtisasi üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etmiş, həmin iş 1996-ci ilini 04 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə təsdiq edilmişdir.
1994-2014. Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti
2014-cü ildən Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının Dosenti
Ali, ATU
Azərbaycan Tibb Universiteti, I müalicə profilaktika fakultəsi, 1983-1989
Ümumi Cərrah
Azərbaycan Tibb Universiteti, I cərrahi xəstəliklər kafedrası, “Cərrahlıq” ixtisası üzrə klinik ordinatura, 1989-1991
Azərbaycan Tibb Universiteti, I cərrahi xəstəliklər kafedrası, “Cərrahlıq” ixtisası üzrə aspirantura, 1991-1994
Tibb üzrə fəlsəfə doktoru, 1996
İlk dəfə olaraq ATU-nun tibb-biologiya fakültəsində klinik kibernetika kursu aparmışdır.
İlk dəfə olaraq kompüter texnologiyasının nailiyyətlərini tədris prosesinə daxil etmiş, cərrahiyyə üzrə praktik məşğələlər və mühazirələr üçün slaydlar və videoçarxlar hazırlamışdır.
Ümumi cərrahlıq
Bayramov N.Y. (redaktor), Əliyev E.A., Əliyev R.Y., Əliyev S.A., Rüstəm Ə.M., Zeynalov N.A. və b. Cərrahi xəstəliklər. e-dərslik. II nəşr. I cild. İstanbul. 2020. –2130 doi 10.25045/k.nurybay.cx-2 ISBN 978-9952-536-23-2 orcid
Байрамов Н.Ю. (редактор), Алиев Э.А, Алиев С.А., Алиев Р.Я., Алиев Т.Г., Рустам А.М. и др. Хирургические болезни. e-учебник. 3-е издание. Стамбул. 2020. - 695 s. Учебник для студентов. Медицинских Вузов. 3-е издание. Истанбул. 2020 bck.az ISBN 978-9952-536-23-2 ISBN 978-9952-536-30-orcid https://orcid.org10000-0001-6958-5412
1. Qaraciyərin rezeksiya üsulu. N.Nərimanov ad. ATU‚ No 336 . 21.01.1998
2. Qaraciyər rezeksiyalarında qaraciyər yetməzliyinin proqnozlaşdırma üsulu. N.Nərimanov ad. ATU‚ No 337. 21.01.1998
3. Döş və qarın boşluqlarının müştərək qapalı travmaları zamanı diaqnostika və müalicə taktikası. Azərbaycan Tibb Universiteti. № 497, 12.12.2006
Dərc olunmuş kitablar:
Bayramov N.Y. (redaktor), Əliyev E.A., Əliyev R.Y., Əliyev S.A., Əliyev T.Q., Rüstəm Ə.M., Zeynalov N.A. və b. Cərrahi xəstəliklər. e-dərslik. III nəşr. I hissə. İstanbul. 2020. –954 doi 10.25045/k.nurybay.cx-2 ISBN 9789952536195 orcid
Azərbaycan Cərrahlar dərnəyi, Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Assosiasiyası, Türkiyə Cərrahlar dərnəyi