13 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəli. İki evladı var.
2017-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi adı verilmişdir.
2020-2021-ci illərdə ABŞ-ın Texas Universitetində “Sinir sistemində iltihabla müşahidə edilən xəstəliklərin müalicəsində sinir kök hüceyrələri mənşəli ekzosomların effektliyinin öyrənilməsi” mövzusunda postdoktoral elmi tədqiqat işi aparmışdır.
Hal-hazırda “Baş beyində inkişaf edən neyroiltihab zamanı kök hüceyrə mənşəli ekzosomların effektivliyinin morfo-funksional xarakteristikası” adlı tibb elmləri doktoru elmi adı almaq üçün dissertasiya işi üzərində çalışır.
Sentyabr 1993- iyun 1999. Azərbaycan Tibb Universiteti I –ci Müalicə profilaktika fakültəsi.
1999-2000. Bakı şəhəri 1№-li Kliniki xəstəxanasında, 4 “b” Sinir xəstəlikləri şöbəsində internatura. Aldığı dərəcə- həkim-nevroloq.
2009-2016. Azərbaycan Tibb Universiteti Histologiya, embriologiya və sitologiya kafedrasında dissertantura.
Aldığı dərəcə - tibb üzrə fəlsəfə doktoru.
01.02.2021-15.10.21. ABŞ-ın Texas A&M Universitetinin Regenerativ Təbabət İnstitutu, Hüceyrəvi və Molekulyar Təbabət kafedrasında postdoktoral tədqiqat.
Tutduğu vəzifələr:
2018-ci ildə Türkiyənin Qazi Universitetində, Ankarada keçirilən Neuroscience Graduate Summer Workshop və Beynəlxalq İştirakla Praktiki Təlimdə iştirak etmiş və burada Hüceyrə kulturasının modelləşdirilməsi, eləcə də elektrofiziologiya üzrə kurslar keçmişdir. 2019-cu ildə Beynəlxalq Beyin Tədqiqatları Təşkilatının (IBRO) dəstəyi ilə İlia Dövlət Universitetində (Gürcüstan. Tbilisi) təşkil olunmuş “Beyin və Neyroplastiklik: Struktur və Molekulyar Aspektlər” adlı 4-cü Beynəlxalq Gənc Alimlər Simpoziumunda və Məktəbində iştirak etmişdir.
Digər elmi konfranslar, seminar və təlim kursları ilə yanaşı elmi tədqiqatların aparılması üçün vacib olan Collaborative Institutional Training Initiative (CİTİ Program) Birgə İnstitusional Təlim Təşəbbüsü proqramı üzrə ümumilikdə 11 təlim kursu, eləcə də ABŞ, Texas A&M Universiteti tərəfindən təşkil olunmuş kurslar və təlimlərdən keçmişdir. Buraya Qanla keçən patogenlər; I-ci və II-ci dərəcəli biotəhlükəsizlik kabinetlərində iş; Laborator heyvanlarla iş; Tədqiqatın Biotibbi Məsuliyyətli Davranışı; HIPAA Məxfilik və İnsan Tədqiqatları üçün Təhlükəsizlik; Laboratoriya Təhlükəsizliyi HSC və s. aiddir.
2407.01 “Hüceyrə biologiyası, sitologiya və histologiya” ixtisası üzrə Dissertasiya Şurasının Elmi Seminarının katibiyəm.
1. Histologiya (Sitologiya, Embriologiya, Ümumi və Xüsusi histologiya kursu). T.A. Sultanova, G.M. Əyyubova və T.M. Nəcəfova. Dərs vəsaiti. (Azərbaycan dilində).
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi. Bakı, 2023. 480 səh.
2. Histologiya, embriologiya və sitologiya. T.A. Sultanova, G.M. Əyyubova və T.M. Nəcəfova. Rezidenturaya hazırlaşanlar üçün vəsait (rus dilində). Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi. Bakı, 2019. 560 səhifə.
3. Qasımov E.K., Əyyubova G.M. Hüceyrə membranı (ingilis dilində). Tələbələr üçün dərs vəsaiti. Bakı 2018. 102 səh.
Ayyubova, G.; Gychka, S.G.; Nikolaienko, S.I.; Shults, N.V.; Suzuki, Y.J. The Role of Furin on the Pathogenesis of COVID-19 Associated Neurological Disorders. Preprints 2023, 2023102100.
//Scientific conference “Actual problems of medicine-2017”dedicated on results of scientific investigations in Azerbaijan Medical University. Baku, 2017, p.126.
2020 Fulbrayt Qrantı (Fulbright Visiting Scholar Program) - Beynəlxalq Təhsil İnstitutunun əməkdaşlığı ilə Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Ziyarətçi Alim Təqaüd Proqramının qalibi.
2018 Beynəlxalq Beyin Araşdırmaları Təşkilatının (IBRO) qrantı
2020 FENS (Avropa Neyrologiya Cəmiyyətləri Federasiyası) tərəfindən verilən Qrant və Vauçer Proqramı