Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

İbrahimov Musa Adil oğlu 10.01.1958-ci  ildə, Gəncə şəhərində anadan olub. 1965-ci ildə 27 saylı Bakı şəhər orta məktəbinə  daxil olub   və həmin  məktəbi   1975-ci  ildə  bitirib.   1975-1976-cı  illər  ərzində «Azərsənayerabitə» zavodunda çilingər  vəzifəsində işləyib.

1976-cı ildə, Azərbaycan Dövlət Tibb  İnstitutunun  II  müalicə­ profilaktika fakültəsinə daxil olub. 1982-ci  ildə  həmin  institutu bitirib. 1982-1983-cu illərdə 14 saylı tibbi-sanitar hissəsində həkim-interna işləyib. 1983-1985-ci illərdə təyinatla Salyan mərkəzi rayon xəstəxanasında həkim-kardioloq vəzifəsində çalışıb.

1985-1988-ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxuyub və,  nəticədə 1988-ci ildə Moskva şəhərində tibb elmləri namizədlik dissertasiyasını müdafiə edib.

1988-1989-cu illərdə II müalicə-profilaktika fakültəsinin Daxili Xəstəliklər I kafedrasında baş laborant, 1989-cu ildən  isə həmin kafedrada assistent vəzifəsində çalışmışıb. 1990-1993-cu illərdə  poliklinik terapiya kafedrasında assistent vəzifəsində işləyib. 1994-1998-ci illər ərzində  Türkiyyədə özəl klinikada həkim vəzifəsində çalışıb.

1998-ci ildən indiki zamana qədər poliklinik terapiya, hal-hazırdakı «Ailə təbabəti» kafedrasında assistent vəzifəsində  çalışır.

80-a yaxın  elmi məqalələrim beynəlxalq və respublika səviyyəli konfranslarda çap olunmuşdur, onlardan  25-i son 5 il ərzində  müxtəlif  ölkələrdə  çap olunub.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti *1998-hal-hazıradək

Təhsil

I-Müalicə-Profilaktika fakültəsi

Azərbaycan Tibb Universiteti