1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1990-cı ildə Bakı şəhəri, 210 saylı orta məktəbi qızıl medalla bitirmişəm. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olmuşam. 1996-cı ildə ATU-nun Pediatriya fakultəsini M.Rəsulzadə təqaüdü ilə fərqlənmə diplomu ilə bitirmişəm. 1996-2000-ci illər ərzində Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası üzrə klinik ordinatura üzrə təhsil almışam. 2000-2017-ci illər ərzində ATU, Neonatologiya kafedrasında b/laborant, assistent, dosent vəzifələrində çalışmışam. 2016-cı ildən ATU, II Uşaq xəstəlikləri kafedrasında dosent işləyirəm. 2023-cü ilin mart ayından K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi, 2023-cü ilin avqust-dekabr ayları ərzində əlavə olaraq direktor vəzifəsini icra etmişəm. 2023-cü ilin dekabr ayından ET Pediatriya İnstitutunun direktoru vəzifəsində çalışıram. Ailəliyəm, 2 oğlum var.
2000-2002: b/laborant, ATU, Neonatologiya kafedrası
2002-2012: Assistent, ATU, Neonatologiya kafedrası
2012-2017 Dosent, ATU, Neonatologiya kafedrası
2016-cı ildən Dosent, ATU, II Uşaq xəstəlikləri kafedrası
1990-1996: tələbə, Pediatriya, Azərbaycan Tibb Universiteti
1996-2000: klinik ordinator, Pediatriya, Azərbaycan Tibb Universiteti
«Neonatologiyanın aktual problemləri» Konfransı, 18 dekabr, 2024-cü il
DOI: 10.32474/GJAPM.2020.03.000172.
Насибова С.Н., Гаджиева А.С., Ахмедова Г.А., Полухова А.А. Течение и результаты лечения гормона роста недоношенных детей дошкольного возраста с задержкой физического развития/ Журнал Медицинские новости, 2024.
Yeni Azərbaycan Partiyasının üzvü
Rusiya Pediatrlar İttifaqının üzvü
Azərbaycan Pediatrlar assosiasiyasının üzvü
Azərbaycan Səhiyyə Nazirliyinin Neonatal komissiyasının üzvü
Azərbaycan Tibb Universitetinin Pediatriya ixtisası üzrə aprobasiya şurasının üzvü
ETPİ-nin Elmi Şurasının üzvü
Əliyeva Aytəkin Mahir qızı- Vaxtından əvvəl doğulanlarda nekrotik enterokolit zamanı epigenetik modifikasiyanın iltihabi prosesin ağırlıq dərəcəsinə təsiri