Şixəmmədova Aysel 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsindən məzun olmuşdur, 2012– 2018 - ci illər ərzində Pediatriya ixtisası üzrə rezidentura keçmişdir. 2018-2021- ci illər ərzində Azərbaycan Tibb Universitetinin Doktorantura və dissertantura şöbəsinin doktorantı, 2021-сi ildən hal-hazıradək II Uşaq xəstəlikləri kafedrasının baş laborantı vəzifəsində işləyir. Çalışdığı müddətdə A. Şixəmmədova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat işlərində aktiv fəaliyyət göstərmişdir. Eyni zamanda 14-dən çox elmi işi (məqalə və tezis) Scopus bazalarana daxil olmuş yerli və xarici elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə beynəlxalq yerli və xarici konfranslarda məruzələrlə çixiş etmişdir. Aysel Şixəmmədova işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı əməkdaş kimi tanıtmışdır.
Azərbaycan Tibb Universiteti Doktorantura və Dissertantura şöbəsi 2018
Baş laborant Azərbaycan Tibb Universiteti 2021-hal-hazıradək
Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsi 2005-2011 illər.
Pediatriya ixtisası üzrə rezidentura 2012-2018-cu illər
N.H.Sultanova, A.C.Şixəmmədova. Особенности микробиоты кишечника у детей с острой крапивницей. // “Медицинские новости”. 2022, 9 sentyabr, səh 49 – 51. Belarus, Minsk.
N.H.Sultanova, A.C.Şixəmmədova. Особенности цитокинового статуса у детей с острой крапивницей. // Журнал “Педиатрия”. 2022, Том10, №4. Səh 538 – 545. Belarus.
A.C.Şixəmmədova. Uşaqlarda kəskin övrə zamanı IL-17 ilə bifidobacterium səviyyəsinin qarşılıqlı əlaqəsi. // “Azərbaycan Pediatriya” Jurnalı, 2023, Cild1, №3, səh 32 - 36. Bakı.
Azərbaycan Pediatriya Cəmiyyətinin üzvü
Azərbaycan Allerqologiya və İmmunologiya Cəmiyyəti
Avropa Akademiyasının Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin (EAACİ) üzvü
Dünya Pediatriya Cəmiyyətini ( İnternational Pediatric Association)üzvü
Avropa Pediatriya Cəmiyyətinin üzvü
Tür Dünyası Milli Pediatriya Cəmiyyətləri Birliyinin üzvü