Assistent Həsənova Nəzakət Sanif qızı 1990-cı ildə ATU-nun pediatriya fakültəsini fərqlənmə diplomu, adlı təqaüdlə bitirmişdir, Elmi Şuranın qərarı ilə 1990-1992-ci illərdə I Uşaq xəstəlikləri kafedrasında klinik ordinatura kursunu keçmiş, 1992-1995-ci illərdə aspiranturanı müvəffəqiyyətlə bitirərək, 1996-cı ildən bu günə qədər ATU-nun II MPF-nin II Uşaq xəstəlikləri kafedrasının assistenti vəzifəsində çalışır.
1997-ci ilin 23 yanvar tarixində “Uşaqlarda revmatizm zamanı sərbəst radikal proseslərin və antioksidant müdafiəsinin vəziyyəti” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Assistent Nəzakət Həsənova Pediatriya ixtisası üzrə oprobasiya şurasının və Problem Komissiyasının üzvüdür, kafedra Tələbə Elmi Cəmiyyətinin sədridir. Pediatriya ixtisası üzrə rezidentlərin kuratorudur.
Çalışdığı müddətdə kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqamlarına kömək etmişdir.
Assistent Nəzakət Həsənova işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.
Klinik ordinator / 1990-1992
Aspirant / 1992-1995
t.ü.f.d. - / 1997
Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsi / 1984-1990
Ə.ƏLİYEV adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə / 2023
Uşaq yaşlarının qastroenterologiyası