
Mircavadlı Rahilə Mirqəni qızı 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə qəbul olmuşdur. 2004-cü ildə universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005ci illərdə Respublika Diaqnostika Mərkəzində funksional-diaqnostika ixtisası üzrə internatura keçmişdir.
2005-ci ildə ATU-nun I Uşaq xəstəlikləri kafedrasına baş laborant vəzifəsinə qəbul edilmişdir.
2011-ci ildən ATU Tədris Terapevtik Klinikada uşaq kardiorevmatologiya şöbəsində həkim pediatr kimi çalışmışdır. Eyni zamanda II uşaq xəstəlikləri kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. Bu dövrdə Pediatriya və Müalicə-profilaktika fakultələrinin IV,V,VI kurs tələbələri ilə Pediatriya fənninin tədrisini aparmışdır.
20-dən çox elmi əsərin (məqalə və tezis) müəllifidir. Bu əsərlər Web of Science bazasına daxil olan yerli və xarici jurnallarda, konfrans toplularında nəşr olunmuşdur. Dəfələrlə yerli və beynəlxalq konfranslarda iştirak etmişdir. 2025-ci ildən Tibb və Sağlamlıq elmləri təhsili kafedrasının assistentidir. Kafedranın elmi-tədqiqat və ictimai işlərində yaxından iştirak edir, tədris fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirir. Əməksevər, intizamlı, məsuliyyətli əməkdaş kimi özünü tanıtmışdır.
1998-ci ildə ATU-nun Pediatriya fakultəsinə qəbul olmuşdur. 2004-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005ci illərdə Respublika Diaqnostika Mərkəzində funksional-diaqnostika ixtisası üzrə internatura keçmişdir.
2005-ci ildə ATU-nun I Uşaq xəstəlikləri kafedrasına baş laborant vəzifəsinə qəbul edilmişdir. 2011-2025 ATU TTK-da II uşaq xəstəlikləri kafedrasında baş laborant vəzifəsində çalışıb.Hal-hazırda Tibb və sağlamlıq elmləri təhsili kafedrasının assistentidir.
Pediatriya və Neonotologiyada yeniliklər konfransi – 6 may , 2023
Azərbaycan Pediatrlarının 41-ci Beynəlxalq konqresi- 22-25 iyun , 2023
Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqlarının 1-ci Beynəlxalq Konfransı- - 7 dekabr,2024
“Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktiki Konqres- 3-5 may, 2024
“Tibb Elm Festivalı” beynəlxalq elmi – praktik konfrans. 6-8 may, 2025
Uşaq revmatologiyası
Birləşdirici toxumanın sistem xəstəlikləri olan uşaqlarda immun sistemin hüceyrə və humoral faktorlarının xüsusiyyətləri
Tibb təhsili, effektiv tədrisin təşkil edilməsi məqsədilə böyük və kiçik qruplarda tətbiq edilən tədris metodlarının, bacariq təlimləri üçün standartların araşdırılması və tətbiqi
Autoimmun xəstəliklərin diaqnostikasında BAFF faktorunun rolu – Sağlamlıq , 2014№1
Yuvenil sistem sklerodermiya – Sağlamlıq , 2015№1
Birləşdirici toxumanın sistem xəstəliklərinin diaqnostikasına müasir baxışlar -Azərbaycan Tibb Jurnalı , 2014№1
Yuvenil dermatomiozit-retrospektiv təhlil. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2019, №3
Polisiklik gedişli Vissler-Fankoni subsepsisi klinik təcrübədə -Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2023, №3
Pediatrik praktikada yuvenil idiopatik artritlərin diaqnostikasında çətinliklər və səhvlər-Azərbaycan Allerqologiya və Klinik İmmunologiya Jurnalı 2024, №1
Clinical significance of B-cell activating factor in children with systemic lupus erythematosus - World of Medicine and Biology 2025, №1
Azərbaycan Pediatrlar Assosiasiyası