2004-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsinin məzunu olmuşdur. Universiteti bitirdikdən sonra Bakı şəhəri 3 saylı Uşaq xəstəlikləri xəstəxanasında pediatriya üzrə internatura keçib. 2013-cü ildən ATU-nun Terapevtik və Pediatrik propedeftika kafedrasına baş laborant vəzifəsinə təyin olunub. 2022 ilin iyul ayında Terapevtik və pediatrik propedeftika kafedrasının ləğvi ilə əlaqədar Ailə təbabəti kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur.Çalışdığı müddətdə A. Abdullayeva kafedranın tədris,elmi tədqiqat ,kafedranın işində aktiv fəaliyət göstərmişdir.Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir.Abdullayeva işlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar ,məsuliyyətli bir işçi və intizamlı müəllim kimi tanıtmışdır.
Azərbaycan Tibb Universiteti 2013 hal-hazıradək
Pediatriya fakultəsi. Azərbaycan Tibb Universiteti. 1998-2004
Azərbaycan Pediatrlar Assosiasiyası