
Mürsəlova Sevil 1991-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsini fəqrlənmə diplomu ilə bitirib. 1991-1993-cü illərdə I mamalıq-ginekologiya kafedrasında klinik-ordinatura keçib. 1997-2011-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində çalışıb. 2011-ci ilin oktyabr ayından hal-hazıradək elə orada assistent kimi fəaliyyət göstərir. Calışdığı müddətdə S.Mürsəlova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək sahələri üzrə fəaliyyətində aktiv iştirak etmişdir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan 80-dən artıq tezis və məqalənin müəllifidir. S.Mürsəlova işlədiyi müddətdə özünü əməksever, savadlı müəllim, təşəbbüskar, intizamlı əməkdaş və bacarıqlı həkim kimi tanıtmışdır.
Klinik-ordinatura / 1991-1993-cü illər;
Baş laborant / 1997-2011-ci illər;
Assistent / 2011-ci ilin oktyabr ayından hal-hazıradək.
Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsi. 1985-1991-ci illər.
Tibb üzrə fəlsəfə doktoru Yanvar, 2010-cu il.
Mamalıq və ginekologiyada endokrinoloji problemlər Ə.Əliyev adına ADHTİ *2025
2008-ci ildə “Keysəriyyə kəsiyi əməliyyatından sonra uşaqlıqda çapığın vəziyyətinin diaqnostikası, hamiləlik və doğuşun aparılması taktikası” mövzusunda elmi iş müdafiə edib.
80-dən çox tezis və məqalə, 1 metodiki tövsiyənin müəllifidir, ixtisası üzrə müxtəlif səviyyəli elmi konfransların iştirakçısı olub, çoxsaylı sertifikatlara malikdir.
Yeni Azərbaycan Partiyası (sentyabr, 2001)