2005-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə daxil olmuş, 2010-cu ildə isə bitirmiş, 2011- ci ildən 2012- ci ilədək Respublika Gigiyena və Epidemiologiya mərkəzində internatuta keçmişdir. 2012-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant kimi fəaliyyət göstərmişdir. 3 oktyabr 2022-ci ildən Azərbaycan Tibb Universitetinin Tibb və sağlamlıq elmləri təhsili kafedrasına assistent vəzifəsinə təyin edilmişdir, 11 sentyabr 2024- cü ildən isə kafedranın baş müəllimi kimi fəaliyyətini davam etdirir. Kafedrada çalışdığı müddət ərzində 7 tezisin müəllifidir. Azərbaycan Mikrobioloqlar və immunoloqlar İctimai Birliyinin və Amerika Mikrobioloqlar Cəmiyyətinin (ASM) üzvüdür.
2012-2022 Baş laborant, Tibbi mikrobiologiya, immunologiya və virusologiya kafedrası ATU
2022-2024 Assistent, Tibb və sağlamlıq elmləri təhsili kafedrası ATU
2024- indiyədək Baş müəllim, Tibb və sağlamlıq elmləri təhsili kafedrasında ATU
2005 – 2010 Ali təhsil Azərbaycan Tibb Universiteti;
2011 – 2012 İnternatura Respublika Gigiyena və Epidemiologiya mərkəzi
1.“Himayəçilər və Pasiyentlərlə Vaksinasiya ilə bağlı Kommunikasiya”,24.09.2024 WHO Azərbaycan
2.“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqres, 7 may 2024
3.I Müalicə-profilaktika fakültəsinin 50 illik yubileyinə həsr olunmuş elmi konfrans, 1 may 2024
4.“İmmunizasiya üzrə Tədris proqramının Təkmilləşdirilməsi” seminar, 15-20 dekabr 2023, WHO Azərbaycan
5.Türkiyənin Başkent Universitetində təşkil olunan XIII Ulusal Tıp Eğitimi Konqresi (UTEK23) – 16.11. – 18.11.2023 (Poster)
6.İnternational of Conference on Medical Education (ICME) 2023 07.10. – 10.10.2023 (Məruzə)
7.“Quantitative research in medical education-choosing the right design and the test”, 8.10.2023, İCME Azərbaycan
8.“Tibb və sağlamlıq təhsili sahəsində bacarıqların əldə edilməsi: ATU TSET təcrübələri” vebinar 16.06.2023 ,Azərbaycan
9.“Effektiv təqdimata dair texnikalar” mövzusunda vebinar (1 saat), WHO Azərbaycan, 02.06.2023
10.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” mövzusunda Beynəlxalq elmi-praktiki konqres, 3-6 may, 2023
11."Təməl Tədrisçi inkişafı" təlim (60 saatlıq), ÜST, Azərbaycan, 15-24 fevral 2022
Tibb təhsili, effektiv tədrisin təşkil edilməsi məqsədilə böyük və kiçik qruplarda tətbiq edilən tədris metodlarının, eləcə də bacarıq təlimləri üçün standartların araşdırılması və tətbiqi. Müxtəlif qiymətləndirmə-dəyərləndirmə üsullarının (OSCE, OSPE, DOPS, Mini-CEX və s.) araşdırılması və onların tətbiq sahələrinin müəyyənləşdirilməsi;
Amerika Mikrobioloqlar Cəmiyyəti (ASM), ABŞ,
Mikrobioloqlar və immunoloqlar İctimai Birliyi, Azərbaycan