
🎥 1.Sosial media və tibbi məzmunlar
Məqsəd: Tələbələrin tibbi biliklərini artırmaq, maarifləndirici məzmunlar vasitəsilə fakültənin sosial mediada aktivliyini yüksəltmək və tibbi məlumatların daha geniş auditoriyaya çatdırılmasını təmin etmək.
Planlaşdırılan məzmunlar:
Əsas və cərrahi fənlər üzrə məlumatlandırıcı videolar
Tələbələrlə müsahibə və sual-cavab formatında videolar
Rentgen oxuma üzrə tədris videoları
EKQ oxuma ilə bağlı izahlı paylaşımlar
Fiziologiya laboratoriyası təcrübələri ilə bağlı suallar və cavablar
Anatomiya fənnindəki sümüklərə dair qısa videolar
Müxtəlif xəstəliklərlə bağlı maarifləndirici videolar
📹 Hədəf: Ən azı 10 video çəkilməsi və paylaşılması
🧠 2.Elmi və praktik tədbirlər
Məqsəd: Tələbələrin elmi biliklərini artırmaq, praktiki təcrübə imkanlarını genişləndirmək və peşəkar inkişaflarını dəstəkləmək.
Planlaşdırılır / 3 elmi və praktik konqresin təşkili və ya iştirak
🎭3.Aktiv tələbələr üçün mədəni tədbirlər
Aktiv tələbələr üçün opera biletlərinin təşkili
Aktiv tələbələr üçün teatr biletlərinin təşkili
🎉 4.Bayram və xüsusi günlərlə bağlı tədbirlər:
14 mart – Tibb işçiləri günü münasibətilə əyləncəli tədbir / party
Milli və xüsusi günlər münasibətilə “Thik komandası” tərəfindən həm yerli, həm də xarici vətəndaşlarla video çəkilişlərin təşkili
