Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Klub haqqında

🩺Doctors Media Klubu — Azərbaycan Tibb Universitetində 15 iyun 2023-cü ildə yaradılmış, gənc həkim namizədlərinin yaradıcılıq və sosial fəallıq mərkəzidir. Klubun əsas məqsədi universitetin adını sosial mediada peşəkar şəkildə təmsil etmək, elmi və mədəni tədbirlər – seminarlar, konfranslar, konsertlər və konqreslər təşkil etməklə tələbələrin inkişafına dəstək olmaqdır.

❤️ Biz Kimik:

Doctors Media — tələbə hərəkatı olmaqla yanaşı, həm də yaradıcılıq, dostluq və peşəkar əməkdaşlıq məkanıdır.

Bizim məqsədimiz həm təhsil həyatında aktiv olmaq, həm də mədəni və sosial layihələr vasitəsilə cəmiyyətə fayda verməkdir.

Hər bir tələbə bizim komandamızın bir parçası ola bilər — çünki biz birlikdə daha güclüyük!

🎯 Missiyamız

Biz – gələcəyin həkimləri olaraq, yalnız tibbi biliklərlə kifayətlənməyib, özümüzü hər sahədə inkişaf etdirmək və yaradıcılığımızı cəmiyyətin xeyrinə yönəltmək üçün buradayıq. Doctors Media, tibb tələbələrinin bilik, bacarıq və yaradıcılığını birləşdirən bir platformadır.

💬 Şüarımız

“Həkim hər sahədə ən yaxşısıdır.”

Biz həmişə hər sahədə ən yaxşı olmaq üçün buradayıq!

✨ Sloganımız

“Doktor her alanda en iyisidir, biz her zaman her alanda en iyisi olmak için buradayız.”

 

Media Klubuna Üzv Qəbul Qaydaları:

THİK Media Klubuna üzv olmaq istəyirsinizsə, bu çox sadədir! 🎬

Klubumuz ATU-nun bütün tələbələri üçün açıqdır – istənilən fakültədən tələbələr aramıza qoşula bilər.

Biz, xüsusilə aktiv, yaradıcı və çalışqan gəncləri komandamızda görməkdən məmnunluq duyuruq.

 

Üzv olmaq üçün:

  • THİK-in Instagram, WhatsApp, e-poçt və Doctors Media ünvanları vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

  • Üzv qəbulu hər ay aktiv şəkildə açılır və bütün semestr boyunca davam edir.

THİK Media Klubuna qoşulmaqla həm təcrübə, həm də yaradıcılıq imkanları əldə edəcəksiniz.

Sosial media layihələrində, tədbirlərdə və çəkilişlərdə iştirak edərək, həm komanda işi, həm də peşəkar bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

📧 E-mail: doctorsmediaatu@gmail.com

📱 Instagram: @atibbu.thik | @_doktorella

📞 Əlaqə nömrəsi: +994 51 416 10 94