Bizi izləyin:
Heydər Əliyev
Strategiya, siyasət və dəyişiklik fənni
Bölmələrimiz
Strategiya, siyasət və dəyişiklik fənni

“Strategiya, siyasət və dəyişiklik” fənni səhiyyə təşkilatlarında və ictimai sağlamlıq sistemlərində strateji idarəetmə, siyasət formalaşdırılması və dəyişikliklərin elmi əsaslarla həyata keçirilməsi prinsiplərini öyrədir. Bu fənnin əsas məqsədi tələbələrə strateji düşünmə, analitik təhlil, təşkilati inkişaf və liderlik bacarıqları qazandırmaqdır. Fənn çərçivəsində tələbələr təşkilatın məqsəd və hədəflərinin müəyyənləşdirilməsi, daxili və xarici mühitin təhlili, rəqabət strategiyalarının qiymətləndirilməsi və strateji nəzarət mexanizmlərinin tətbiqi haqqında bilik əldə edirlər. Eyni zamanda, səhiyyə müəssisələrində effektiv idarəetmə üçün zəruri olan siyasət və strategiyaların hazırlanması, korporativ sosial məsuliyyətin təşkili, təşkilati mədəniyyətin formalaşması və bu amillərin strateji qərarverməyə təsiri öyrənilir. Fənn tələbələrdə dəyişikliklərin idarə olunması bacarığını inkişaf etdirir, onları müasir səhiyyə mühitində yaranan çağırışlara cavab verə bilən idarəçi və lider kimi yetişdirməyə yönəldir. Nəticədə, bu fənni mənimsəyən tələbələr səhiyyə sahəsində strateji planlaşdırma, siyasət tərtibatı resursların səmərəli idarə olunması və institusional dəyişikliklərin həyata keçirilməsi istiqamətində elmi əsaslı qərarlar qəbul etmək qabiliyyətinə malik olurlar

 

 

Kurs Fənnin adı Mühazirə Praktika

I

Strategiya, siyasət və dəyişiklik

20

40

 

Fənnin məqsədi: Təşkilati istiqaməti müəyyənləşdirmə strategiyalarının, strateji idarəetmədə daxili və xarici mühiti təhlil etmək bacarıqlarının mənimsənilməsi,  müəssisə səviyyəsində rəqabət strategiyalarını müəyyən etmək, müəssisə funksiyalarına strateji yanaşma və strateji nəzarəti aparmaq bacarıqlarının, eləcə də strateji istiqamətin, idarəetmə və liderlikdə ugurlu liderlik yanaşmalarınin öyrədilməsidir.

 

Fənnin təlim nəticəsi: 

  1. Strateji  idarəetmə təşkili sahəsində qarşıda duran problemləri müəyyən etmək bacarığı
  2. Strateji idarəetmədə daxili və xarici mühiti təhlil etmək bacarığı
  3. Müəssisə səviyyəsində rəqabət strategiyalarının müəyyənləşdirmək bacarıqlarını mənimsəmək
  4. Müəssisə funksiyalarına strateji yanaşma qabiliyyətinin olması
  5. Korporativ sosial məsuliyyət, etika və təşkilati mədəniyyət bacarığı
  6. Gələcəklə bağlı dəyərləndirmə bacarığını mənimsəmək

 

Fənnin məzmunu

“Strategiya, siyasət və dəyişiklik ” fənni təşkilatın fəaliyyətində strateji istiqaməti, müəssisənin məqsəd və hədəflərini müəyyən etmək, müəssisənin fəaliyyətində xarici və daxili mühitin təhlilini aparmaq, onları qiymətləndirmək, rəqabət strategiyalarını təhlil etmək, sahibkarlıq və liderlik istiqamətində strateji fəaliyyəti formalaşdırmaq məsələlərini öyrənir. Strateji nəzarətin həyata keçirilməsi, strateji ittifaqların mahiyyəti və xüsusiyyətlərini təhlil edərək strateji istiqaməti müəyyən etmək üçün məqsəd və vəzifələri müəyyən edir. Səhiyyə müəssisələrinin üzləşdiyi problemlərin həllində korporativ sosial məsuliyyət və strategiyaları, təşkilati mədəniyyətlə strategiya arasında əlaqəni öyrənir.

 

Mövzu (mühazirə)

Ədəbiyyat

 

Saat

 

1

Strateji idarəetmənin yaranma tarixi və mahiyyəti

 Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 1. 1-4

2

2

Strateji idarəetməyə ümumi baxış.

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 1.  

 

3

Təşkilati istiqaməti müəyyənləşdirmə strategiyaları

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 2. 

2

4

Strateji idarəetmədə daxili mühitin təhlili

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 3. 

2

5

Strateji idarəetmədə xarici  mühitin təhlili

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 4. 

2

6

Müəssisə səviyyəsində rəqabət strategiyalarının müəyyənləşdirilməsi

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 5. 

2

7

Şirkət səviyyəsində böyümə-kiçilmə strategiyalarının müəyyənləşdirilməsi

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 6. 

2

8

Strateji ittifaqlar

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 7. 

2

9

Müəssisə funksiyalarına strateji yanaşma

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 8. 

2

10

Strategiyanın tətbiqi: təşkilati strukturun təhlili

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 9. 

2

11

Strateji sahibkarlıq və strateji liderlik

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 10. 

2

12

Strateji nəzarət

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 11. 

2

13

Korporativ sosial məsuliyyət, etika və təşkilati mədəniyyət

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 12. 

2

14

Strateji idarəetmədə aktual məsələlər və gələcəklə bağlı dəyərləndirmə

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 13. 

2

15

Strateji idarəetmədə situasiya təhlili və metodu

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" Fəsil 14. 

2

               

 

Topic Mövzu (praktika)

Readings (Ədəbiyyat)

Saat

1

Strateji idarəetmədə idarəçilərin rolları

Praktikada strateji idarəetmə 1

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh. 14

Səh. 18

2

2

Strateji idarəetmə prosesi

Praktikada strateji idarəetmə 2

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh. 15

Səh 40

2

3

Dəyər zənciri analizi və yeddi S analizi

Praktikada strateji idarəetmə 3

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.49

Səh 60

2

4

PESTEL və 5 qüvvə təhlili

 

Praktikada strateji idarəetmə 4

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.67

Səh 83

2

5

Alternativ strategiyaların təşkilati tələbləri

Praktikada strateji idarəetmə 5

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.97

Səh 101

2

6

Strategiyaların müəyyən edilməsində portfel təhlili

Praktikada strateji idarəetmə 6

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.121

 Səh 127

2

7

Strateji ittifaqların müvəffəqiyyət qazanma və uğursuzluq səbəbləri

Praktikada strateji idarəetmə 7

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.151

Səh 151

2

8

Məlumatın idarə edilməsi strategiyaları

Praktikada strateji idarəetmə 8

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.166

Səh 177

2

9

Formal və qeyri-formal təşkilati struktur

Praktikada strateji idarəetmə 9

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.197

Səh 200

2

10

Strateji liderliyin növləri

Praktikada strateji idarəetmə 10

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.217

Səh 221

2

 

11

Strateji nəzarət üçün məlumatlar

Praktikada strateji idarəetmə 11

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.249

Səh 252

2

 

12

Təşkilat mədəniyyəti və strategiya

 Praktikada strateji idarəetmə 12

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.272

Səh 278

2

13

Strateji idarəetmənin gələcəyi

Praktikada strateji idarəetmə 13

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.292

Səh 293

2

14

Nümunə situasiyanın təhlili üçün məsləhətçi

Praktikada strateji idarəetmə 14

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.301

Səh 293

2

15

Təhsildə nümunə situasiya metodları (case study)

Prof. Dr. Recai Coşkun, Dos. Fariz Əhmədov "Strateji idarəetmə" səh.313

2