Bizi izləyin:
Heydər Əliyev
Səhiyyədə insan resurslarının idarə olunması fənni
Bölmələrimiz
Səhiyyədə insan resurslarının idarə olunması fənni

“Səhiyyədə insan resurslarının idarə olunması” fənni müasir səhiyyə təşkilatlarının insan resurslarının idarə olunması fəaliyyətindən bəhs edir. Bu fən səhiyyə sahəsində insan resurslarının idarə olunmasına dair geniş icmal təqdim edir və tələbələrə səhiyyə xidmətlərinin təmin edilməsi prosesində insan resurslarının idarə edilməsi üzrə bilik, bacarıq və səriştə əldə etmək imkanı verir.   "Heyətin idarə edilməsi", ilk növbədə, hər bir müəssisənin sosial sistem olması, onun xarici mühitdə uğurlu fəaliyyətinin isə gündən-günə daha çox insan amilindən asılı olması səbəbi ilə ayrıca tədqiqat predmetinə çevrilmişdir. Buna görə, rəhbərliyin üslubu, insanların ixtisası, onların davranışı, yeniliklərə və xarici dəyişikliklərə qarşı reaksiyası müəssisənin ali rəhbərliyi tərəfindən daima nəzərə alınmalıdır. Yeni paradiqma çərçivəsində, təşkilati mədəniyyət amillərinə, fərdi və qrup davranış normalarına, qarşılıqlı münasibət növlərinə, kollektivin birliyinə və s. böyük əhəmiyyət verilməlidir. Fənnin məqsədi: insan resurslarının idarə olunması sahəsində kadrlarla bağlı effektiv qərarların qəbulu bacarıqlarını formalaşdırmağa kömək edən bir sıra nəzəri müddəa, metodik və tətbiqi işləmələrin təsvir olunmasıdır.

 

Kurs Fənnin adı Mühazirə Praktika

I

Səhiyyədə insan resurslarının idarəolunması

20

40

 

Fənnin məqsədi : Tələbələri, təşkilatın insan resursları poten­sialının ən yüksək səmərəlilik ilə formalaşması, inkişafı və həyata keçirilməsiilə bağlı nəzəri və metodoloji biliklərlə təmin etməkdir. Eləcə də tədris müddətində magistr-tələbələrə insan resurslarının idarə edilməsinin əsas prinsiplərini, kadrların, həmçinin, yeni idarəetmə xidməti strukturlarının inkişafının araşdırılması, şəxslərarası və qrupdaxili münasibətlərin təhlili və koordinasiyası barəsində praktik bacarıqların öyrədilməsdir.

 

Fənnin təlim nəticəsi:

  1. Kadrların cəlb edilməsinin mənbələri və üsullarını.
  2. Kadr seçimi texnologiyasını .
  3. Kadrların peşə yönümünün (yenidən istiqamətləndirilməsinin) mahiyyətini.
  4. Kollektivdə sosial uyğunlaşma üsullarını.
  5. Biznes karyerasının idarə edilməsi fəaliyyətinin məzmununu
  6. İdarəetmə kadrlarının hazırlanması  yollarını.
  7. Təşkilati, idarəetmə, maliyyə və digər sahələr üzrə nəzəri bilikləri təcrübədə tətbiq etmək .
  8. Çevik iş qrafiki yaratmaq.
  9. Müxtəlif səviyyələrdə idarəetmə kadrlarının hazırlanması  metodologiyasını seçmək.
  10. İdarəçi ( Menecer ) olaraq peşəkar şifahi və yazılı ünsiyyət qurmaq, tənqidi düşünmək və liderlik nümayiş etdirmək.

 

Fənnin məzmunu

“Səhiyyədə insan resurslarının idarəolunması” fənni kadrların idarə edilməsinin qlobal məqsədləri, təşkilatın insan resursları potensialının ən yüksək səmərəliliyi ilə formalaşması, inkişafı və həyata keçirilməsini öyrədir. Fənn eləcə də, idarəçiyə, məqsədə çatmağa mane olan problemləri müstəqil həll etməklə tabeliyində olanın işinin səmərəliliyini çoxaldılması, nəticəyə nail olmaq üçün motivasiya səviyyəsinin artırılması, şəxslərarası və qrup münasibətlərinin idarə edil­mə­si xüsusiyyətlərindən bəhs edir. Fənn magistr-tələbələrə həm mühazirə, həm praktik məşğələ şəklində tədris olunur. Mühazirə zamanı Səhiyyədə insan resurslarının idarəolunması ilə bağlı dünya ölkələrinin və yerli səhiyyə sisteminin təcrübəsi ilə bölüşülür. Praktik məşğələlər zamanı isə müvafiq mövzular üzrə mütləq və əlavə materiallarla tanışlıq, fərdi təhlil, magistr-tələbələr tərəfindən mövzuların müstəqil təqdimatı həyata keçirilir. Fənnin tədrisi tələbələrdə sərbəst düşüncə, innovativ yanaşma, liderlik bacarıqları formalaşdıraraq onların gələcədə kadrlarla iş sahəsində bacarıqlı olmalarını təmin edir. Belə ki fənnin düzgün mənimsənilməsi sayəsində magistr- tələbələr gələcəkdə təşkilati, idarəetmə, maliyyə və digər sahələr üzrə praktik fəaliyyət göstərmək, müxtəlif səviyyələrdə idarəetmə kadrlarının hazırlanması, idarəçi ( Menecer ) olaraq peşəkar şifahi və yazılı ünsiyyət qurmaq, tənqidi düşünmək, liderlik nümayiş etdirmək, kadrların peşəyönümü haqqında qərarlar qəbul etmək kimi bacarıqlara sahib olacaqlar. Qeyd olunan bacarıqlara malik olmaqla gələcəkdə dövlət və özəl tipli səhiyyə müəssisələrində idarəçi kimi uğurla iş fəaliyyətinə qoşula bilərlər.

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

İnsan resurslarının idarə olunmasının mahiyyəti və inkişafı.

 Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 6-21

2

2

İnsan resurslarının strateji idarə edilməsi.Səhiyyə üzrə insan resurslarının idarə olunmasının hüquqi əsasları

1. Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 24-57.

2.Azərbaycan Respublikasının Konstitusiyası. https://e-qanun.az/framework/897

3.Əhalinin qorunması haqqında Azərbaycan Respublikasının qanunu. https://e-qanun.az/framework/4078

2

3

Səhiyyədə insan resurslarının planlaşdırma və işə götürülməsi.

İnsan resurslarının inkişafı.

1. Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 58-102.

2.Azərbaycan respublikasının Əmək Məcəlləsi. https://e-qanun.az/framework/46943

“Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası “ nın təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər kabinetinin 08.06.2010 il tarixli 108 nömrəli qərarı. http://snsk.az/snsk/news/

2

4

Əmək məhsuldarlığı və motivasiya.

Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 151-195.

2

5

 

İnsan resurslarının idarəolunması və liderlik

Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 196-228

2

 

N

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

İnsan resurslarının idarə olunması,onun mahiyyəti,əsas anlayışları, inkişaf perspektivləri

 Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 6-21

2

2

İnsan resurslarının idarəolunması sistemində  kadr  potensialı.

1. Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 24-31.

2.Н.П.Беляцкий. С.Е. Велесько. П. Ройш. Управление персоналом. Мн.:2003.-352с. Глава 3 (33-47)

2

3

İnsan resurslarının strateji idarəedilməsi.

 Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 34-52.

2

4

İnsan resurslarının planlaşdırılması.Həkim və orta tibb işçilərinə tələbatın təyini.

1.Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 76-78.

2.Ю.П. Лисицын. Руководство по социальной гигиене и организации  здравоохранения.М.:Медицина 1987-432с

Раздел 3, Глава 1(345-409)

2

5

Tibb işçilərinin fəaliyyətinin idarəolunması,personalın inkişafının zəruriliyi, üsulları, şərtləri və ardıcıllığı.

Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 80-101

С.А. Столяров. Менеджмент здравоохранения. 2-е изд.,перераб.и доп.М :2019-764с. Глава 8 (523-540)

2

6

Səhiyyə sistemində kadrların hazırlanması, seçilməsi, işə qəbulu

Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 103-121.

“Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası “ nın təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər kabinetinin 08.06.2010 il tarixli 108 nömrəli qərarı. https://e-qanun.az/framework/19807

Н.П.Беляцкий. С.Е. Велесько. П. Ройш. Управление персоналом. Мн.:2003.-352с.  Глава 8 (175-192)

2

7

Menecerlərin karyera planlaşdırılması.

1.Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 128-149.

2.Н.П.Беляцкий. С.Е. Велесько. П. Ройш.

Управление персоналом. Мн.:2003.-352с.

Глава 10 (251-289)

2

8

Motivasiya və səhiyyə müəssisələrində onun tətbiqi

1.Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 151-190

2. С.А. Столяров. Менеджмент здравоохранения. 2-е изд.,перераб.и доп.М :2019-764с. Глава 3 (210- 245)

2

9

İnsan resurslarının idarə olunmasında liderliyin xüsusiyyətləri, modelləri, stilləri.

1.Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 196-215.

2. 2.Н.П.Беляцкий. С.Е. Велесько. П. Ройш.

Управление персоналом. Мн.:2003.-352с.

Глава 11(301-309)

2

10

İdarəetmə üslubunun qiymətləndirilməsi.

1.Səhiyyədə insan resurslarının idarəolunması. M.M. Ələkbərov, A.F. Mehdiyeva.2024. Səh 216-229

2