Bizi izləyin:
Heydər Əliyev
Tibb Universitetində MEDEA layihəsinin növbəti informasiya günü keçirildi

Tibb Universitetində MEDEA layihəsinin növbəti informasiya günü keçirildi

Azərbaycan Tibb Universitetində Avropa İttifaqının (AI) Erasmus Mundus Proqramının MEDEA layihəsinin növbəti informasiya günü keçirildi.

3 ildir ki, davam edən layihənin  sonuncu çağırış sənəd qəbulu artıq başlayıb. Sənədlərin qəbulunun son tarixi 21 oktyabr 2016-cı ildir.

Proqramın yerli koordinatoru, Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr üzrə prorektoru dos Rəhimə Qabulova layihə barədə məlumat verdi. O qeyd etdi ki, ATU-nun ilk dəfə qatıldığı, Aİ-nin 9 ölkədən 10 universitetini, Avropaya qonşu və tərəfdaş 6 qönşu ölkədən 10 universiteti əhatə edən bu layihə çərçivəsində indiyə qədər ATU-nun 4 tələbəsi, 3 müəllimi, 2 magistri və 1 doktorantı 6-22 ay müddətində mobillik proqramında iştirak ediblər. Sonuncu çağırış yalnız magistratura pilləsində təhsil alan tələbələr və doktorantlar üçün nəzərdə tutulub.

Görüşdə ATU-nun 40-dan artıq magistrant və doktorantı iştirak edib. Görüşün sonunda koordinator onların suallarını cavablandırıb.

Paylaş

Dostlarınız ilə paylaşın.