Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşı beynəlxalq tədbirdə azad edilmiş ərazilərdə tapılan qalıqlardan danışıb

ATU əməkdaşı beynəlxalq tədbirdə azad edilmiş ərazilərdə tapılan qalıqlardan danışıb

Azərbaycan Tibb Universiteti daha bir beynəlxalq tədbirdə uğurla təmsil olunub. ATU-nun əməkdaşı, dosent Nigar Sultanova Avropa Antropoloqlar Assosiasiyasının 23-cü konfransında  məruzə ilə çıxış edib.

Xorvatiyanın paytaxtı  Zaqreb şəhərində keçirilən konfransda  dünyanın müxtəlif ölkələrindən olan elm adamları, həkim-genetiklər, antropoloqlar  iştirak ediblər. Tədbirin açılışında  ABŞ-ın Pensilvaniya Universiteti və Nyu Heven Universitetlərinin professor, dünyanın  ən çox istinad edilən alimləri sırasında olan Draqan Primorac məruzə ilə çıxış edib.  

Konfransda dosent N.Sultanova "Three - dimensional database of facial anthropometric parameters of Azerbaijan population" mövzusunda doktorluq elmi işinin nəticələrini təqdim edib. ATU-nun əməkdaşı məruzəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan qazıntılar zamanı I Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin və mülki şəxslərin qalıqlarının tapılmasına dair məlumatı da çatdırıb.

Paylaş

Dostlarınız ilə paylaşın.