Martın son günlərində plastik cərrahiyyə sahəsində maraqlı beynəlxalq tədbir keçirilib. Dünyanın hər yeindən tanınmış cərrahların qatıldığı toplantıda ölkəmizi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyə kafedrasının dosenti Nigar Sultanova təmsil edib.
Doktor N.Sultanovanın sözlərinə görə, martın 27-28-də ISAPS təşkilatının (International Society of Aesthetic Plastic Surgeons – Plastik və Estetik Cərrahların Beynəlxalq Cəmiyyəti) təşəbbüsü ilə ümumdünya bilik marafonu keçirilib. 48 saat ərzində onlayn formada davam edən konqresdə dünyanın 91 olkəsindən 400-dən çox iştirakçı qatılıb.
Plastik cərrahların virtual toplantısında ATU-nun təmsilçisi Nigar Sultanova “New antropometric landmark, measurement and proportion indices for determining the nasal tip width” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı cərrahın məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.