Bizi izləyin:
Heydər Əliyev
ATU klinikalarının 57 tibbi personalı koronavirusa yoluxub

ATU klinikalarının 57 tibbi personalı koronavirusa yoluxub

COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. ATU-nun 2 klinikası da ilk gündən bu mübarizəyə qoşulub. Bu müddət ərzində ATU-nun Tədris Cərrahiyyə klinikasının və Tədris Terapevtik Klinikasının tibb personalı arasında da COVID-19-a yoluxanlar olub.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub: “Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.

G.Aslanova, həmçinin qeyd edib ki, ATU-nin Tədris Terapevtik Klinikasında isə 24 nəfərdə koronavirus aşkar edilib. Onların arasında həkim, tibb bacısı və sanitarlar da var. Virusa yoluxmuş tibb işçilərindən bəziləri sağalaraq işə qayıdıblar.

Paylaş

Dostlarınız ilə paylaşın.