Bizi izləyin:
Heydər Əliyev
Fələstin səfiri ATU-da qonaq oldu

Fələstin səfiri ATU-da qonaq oldu

Bu gün Fələstin hökumətinin Azərbaycandakı səfiri Nasser Abdul Kareem A. Raheem Azərbaycan Tibb Universitetində qonaq olub. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla görüşən səfir bundan əvvəl də Tibb Universitetində olduğunu deyib: "Sizləri özümə dost bilirəm, Azərbaycanda bu cür yüksək səviyyəli təhsil ocaqlarının mövcudluğuna çox sevinirəm".
Ə.Əmiraslanov qonağa ATU-nun yaranma tarixi, bu təhsil-tədris mərkəzindəki klinikalar, onların fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Rektor həmçinin Azərbaycan dövlətinin elm və təhsilə olan diqqəti, ölkəmizdə tibb sahəsində aparılan islahatlar haqqında danışıb. Görüşün sonunda qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Paylaş

Dostlarınız ilə paylaşın.