Bizi izləyin:
Heydər Əliyev
ATU - nun Tədris Cərrahiyyə Klinikasında uşaqların laborator analizlərinə endirim edilib

ATU - nun Tədris Cərrahiyyə Klinikasında uşaqların laborator analizlərinə endirim edilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) laboratoriyasında endirim kampaniyası keçirilib.

 

Belə ki, klinikanın laboratoriyasına bu gün müraciət edən 18 yaşınadək bütün uşaqların laborator analizlərinə 30% endirim edilib.

 

Laboratoriyanın müdiri Yavər Hacısoyun sözlərinə görə, bu gün uşaqlar arasında laborator müayinələrin sayı həmişəkinə nisbətən 50% artıq olub. O, belə xeyirxah addımların klinika tərəfindən mütamadi aparıldığını qeyd edib.

Paylaş

Dostlarınız ilə paylaşın.