Bizi izləyin:
Heydər Əliyev
ATU tələbələri pulsuz müayinə olunacaq

ATU tələbələri pulsuz müayinə olunacaq

Azərbaycan Tibb Universitetinin Elmi Şurasının növbəti iclasında tələbələrlə bağlı mühüm qərar verilib.

 

Belə ki, Şura üzvlərinin yekdilliklə səs verdiyi qərara əsasən, Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin ATU-nun klinikalarında ödənişsiz müayinə olunacaqlar.

 

Bu qərar tələbələrin sosial rifah halının daha da yaxşılaşmasına, onların xərclərinə qənaət etməsinə kömək edəcək. Eyni zamanda, tələbələrin ATU klinikalarında müayinəsi həm də səhhəti ilə bağlı problemi olan tələbələrə dərhal tibbi yardım göstərilməsinə, onların problemlərinə daha operativ müdaxilə olunmasına kömək edəcək.

Paylaş

Dostlarınız ilə paylaşın.