Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Cərrahiyyə Klinikasında əcnəbi qadının hamiləliyi uğurla nəticələnib

ATU-nun Cərrahiyyə Klinikasında əcnəbi qadının hamiləliyi uğurla nəticələnib

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasına müraciət edən əcnəbi qadınının hamiləliyi uğurla başa çatdı. 
Doğuşu qəbul edən 1-ci mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovanın sözlərinə görə, hamiləlik zamanı qadında bir sıra problemlər meydana çıxıb: “Qadında böyrək daşı xəstəliyi, bakteriyauriya, hipotireoz, vaxtından qabaq doğuş təhlükəsi, dölyanı mayenin vaxtından əvvəl axmasına baxmayaraq, hamiləlik uğurla nəticələnib.

Hamiləliyin 34-cü həftəsində 2100 q döl doğulub. Yenidoğulmuş körpə üzərində respirator distress sindromunun profilaktikası aparılıb. Qadın və övladı kafi vəziyyətdə evə yazılıblar. Valideynlərini və ailə üzvlərini körpənin dünyaya gəlməsi münasibətilə təbrik edirik”.

Paylaş

Dostlarınız ilə paylaşın.