Şəkərəliyeva Yeganə Vaqif qızı 1995-1999-cu illərdə Azərbaycan Pedoqoji Universitetinin Kimya-biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsini, 1999-2001-ci illərdə isə həmin universiteti “Onurğalılar zoologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsini almışdır. 7 yanvar 2002-ci il tarixində Azərbaycan Tibb Universitetinin
Tibbi biologiya və genetika kafedrasına assistent vəzifəsinə işə qəbul olunub, 23 iyun 2011-ci il tarixində baş müəllim, 24 dekabr 2014-cü il tarixində dosent, 2 fevral 2022-ci il tarixində professor vəzifəsinə seçilmişdir.
6 sentyabr 2023-cü il tarixindən Tibbi biologiya və genetika kafedrasının müdiri vəzifəsində çalışır.
Azərbaycan Tibb Universitetində:
2002-2011-cı illərdə- asistent;
2011-2014-cü illərdə baş müəllim;
2014-2022-ci illərdə dosent;
2022 ildən hal-hazıradək professor vəzifəsində fəaliyyət göstərir
1995-1999 İxtisas: Biologiya (bakalavr). Təhsil müəssisəsi: Azərbaycan Pedoqoji Universiteti, Kimya-biologiya fakültəsi.
1999-2001 İxtisas: Onurğalılar zoologiyası (magistr). Təhsil müəssisəsi: Azərbaycan Pedoqoji Universiteti.
Шакаралиева Е.В. Эколого-фаунистический анализ трематод рыб Мингечевирского водохранилища // Амурский зоологический журнал, 2024, т. XVI, № 1. – С. 26-35.
Shakaraliyeva Y.V. Ecological analysis of the trematode fauna of the Lower Kura // The Journal of V.N.Karazin Kharkiv National University. Series “Biology”, 2024, vol. 42. – P. 61-72.
The trematodes of fish of the transboundary Aras Dam Reservoir // The Journal of V. N. Karazin Kharkiv National University, Series “Biology”, 2021, vol. 37. – P. 79-86.
Pirsaat çayı balıqlarının parazit ibtidailərinin ekoloji-faunistik təhlili // Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Elmi əsərlər, 2022, № 4. – S. 201-207.
2024-cü ildən – Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və aqrar elmləri üzrə ekspert şurasının üzvü
ATU-nun Nəzəri fənnlər üzrə Problem Komissiyanın üzvü
I Müalicə - profilaktika fakültəsinin Elmi Şurasının üzvü