Bizi izləyin:
Heydər Əliyev
Elvin İsazadə
Baş Laborant
Elvin İsazadə
I cərrahi xəstəliklər kafedrası
Bioqrafiya

16.06.1989 Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. 1995 ci ildən Qovlar qəsəbəsi Sovet Kazımov adına orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2006-cı ildə elə həmin  məktəbi fərqlənmə atestatı ilə bitirərək ATU II müalicə profilaktika fakultəsinə daxil olmuşdur. İsazadə Elvin 2012-ci ildə Azərbaycan Tibb Universitetinin II Müalicə işi və profilaktika fakültəsini bitirmişdir. 2013-cü ildən etibarən Azərbaycan Tibb Universiteti I Cərrahi xəstəliklər kafedrası – Tədris Cərrahiyyə Klinikası Transplantologiya şöbəsində rezidentura pilləsi üzrə təhsil almışdır. 2019-cu ildən I Cərrahi xəstəliklər kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. Fəaliyyəti dövründə 3000-dən çox xəstənin (təxminən 2000 planlı, 1000 təcili) müayinə və müalicəsində, həmçinin 2000-dən çox cərrahi əməliyyatda iştirak etmişdir. Türkiyə Cümhuriyyəti Malatya İnönü Universiteti, Ankara  İbni Sina Xəstəxanası və Antalya Akdeniz Universitetlərnində Orqan transplantasiyası və ümumi cərrahiyyə ixtisası  üzrə kurs keçmişdir. Orqan transpalantasiyası (Qaraciyər və böyrək transplantasiyası) və Ümumi Cərrahiyyə (Hepatobiliar cərrahiyyə ) sahəsində nəzəri və təcrübi bilik və bacarıqlara yiyələnmişdir. Elvin İsazadə 60-dan çox elmi konfrans, konqres, simpoziumda iştirak etmişdir. Təşəkkürnamə və Mükafatlara layiq görülmüşdür. Elvin İsazadə kafedranın tədris vəsaitlərinin (Orqan transplantasiyası) və Klinik protokolların hazırlanmasında aktiv iştirak etmişdir. Elvin İsazadə kafedrada fəaliyyəti dövründə özünü nizam – intizamlı, məsuliyyətli, çalışqan, bacarıqlı, subordinasiya və deontologiya qaydalarına riayət edən, elmə və həkimlik sənətinə böyük həvəsi olan gənc kimi göstərmiş, həm I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları, həm də Transplantologiya şöbəsinin tibb heyətinin dərin hörmət və rəğbətini qazanmışdır. O kafedranın və universitetin ictimai işlərində fəal iştirak edir. Ailəlidir 3 övladı var.

Akademik fəaliyyət

Rezident Azərbaycan Tibb Universiteti I Cərrahi xəstəliklər kafedrası * 2013- 2018

Baş laborant Azərbaycan Tibb Universiteti * 2019 – hal-hazıradək

Təhsil

II müalicə profilaktika fakultəsi  baza ali tibb təhsili

Azərbaycan Tibb Universiteti * 2006 – 2012

Ümumi cərrahiyyə ixtisası üzrə rezidentura

Azərbaycan Tibb Universiteti I Cərrahi xəstəliklər kafedrası * 2013–2018

Kitab

2019.Bakı. Dərslik – “ Cərrahi xəstəliklər “  2162 səhifə. Həmmüəllif.  ISBN 9789952536232 


orcid DOI
Kitab

Metodik tövsiyə – “Canlı böyrək donorlarının müayinə və müalicə qaydaları“ 63 səhifə. Həmmüəllif. ISBN 978-9952-536-32-4 URL http://bck.az/images/books/K-31-Canli-boyrek-donorlari-protokolu.pdf 


orcid DOI
Kitab

Cardiovasculary surgical diseases (2023) 264 səh, Həmmüəllif.


orcid DOI
Tezis

Liver Graft and Spleen Elastography After Living Liver Transplantation: Our First Results


orcid DOI
Tezis

Guidelines for transplant patients during the COVID-19 pandemic AMAJ.


orcid DOI
Tezis

Cardiovasculary surgical diseases (2023) 264 pages, Co-author.


orcid DOI