Prof.Dr., Əliyev Eldar Allahverdi oğlu, 18 iyul 1962-ci ildə Azərbaycan Respublikası Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cu illərdə Laçın rayonu Ərdəşəvi kənd orta məktəbində təhsil almışdır. 1989-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsini fəqlənmə diplomu ilə bitirmiş və 1989 – 1991-ci illərdə I cərrahi xəstəliklər kafedrasında klinik ordinator, 1991-1994-cü illərdə aspirant, 1994 – 2008-ci illərdə assistent, 2008-ci ildən isə dosent vəzifəsində işləmişdir. 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. 2014-cü ildə isədoktorluq dissertasiyasını müdafiə etmiş və ona tibb üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Bu müddət ərzində özünü tələbkar, savadlı, intizamlı pedoqoq və həkim kimi göstərmiş, sadəliyi və işgüzarlığı ilə işlədiyi kollektivin dərin hörmətini qazanmışdır. Özünün həkimlik və elmi pedaqoji hazırlığını daimi yüksəltməyə çalışır. Əliyev E.A. fəal elmi fəaliyyətini davam etdirir. Tibb üzrə fəlsəfə və elmlər doktoru adı almaq üçün aparılan elmi – tədqiqat işlərinə rəhbərlik edir. Dövrü mətbuatda və müxtəlif elmi konfranslarda cərrahiyyənin aktual problemlərinə həsr olunmuş məqalələrlə çıxış edir. Müxtəlif səviyyəli elmi konfransların iştirakçısıdır, 150-dən çox elmi məqalə və tezisin müəllifidir. Əliyev E.A. işlədiyi müddətdə özünü fəal işçi kimi göstərmişdir. Mühazirələrin və praktiki məşğələlərin keçirilməsində, klinikada aparılan müalicə işlərində və kafedranın ictimai işlərində fəal iştirak edir. Əliyev E.A. müxtəlif ictimai vəzifələrdə işləmişdir. Hazırda Tibb Universitetinin nəzdində fəaliyyət göstərən D. 03.011 müdafiə şurasının elmi katibidir .
1989-1991 Klinik ordinator, I cərrahi xəstəliklər kafedrası
1991-1994 Aspirant, I cərrahi xəstəliklər kafedrası
1994-2010 Assistent, I cərrahi xəstəliklər kafedrası
2010 – 2019 Dosent, I cərrahi xəstəliklər kafedrası
2019, Yanvar Professor, I cərrahi xəstəliklər kafedrası
Orta məktəb 1969-1979 Laçın r-nu, Ərdəşəvi kənd orta məktəbi
Ali məktəb 1983-1989 Azərb. Tibb Universiteti, I müalicə-profilaktika fakultəsi
Klinik ordinatura 1989-1991, Azərb. Tibb Universiteti. I cərrahi xəstəliklər kafedrası
Aspirantura 1991-1994. Azərb. Tibb Univesriteti, I cərrahi xəstəliklər kafedrası
1995 Kəskin xolesistitin kompleks müalicəsində lazer şüalarının müştərək tətbiqi. Bakı, Tibb elmləri namizədi, EN № 0691
2015 Anal sfinkter çatmazlığının cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları. Bakı. Tibb üzrə elmlər doktoru, ED № 01623
1998 Ümumi proktologiya. Rusiya Federasiyası, Koloproktologiya İnstitutu
2000 Koloproktologiya. Rusiya Federasiyası, Koloproktologiya İnstitutu
2011 Anal fizyoloji ve Pelvik Taban Hastalıkları Kursu. Türkiyə, Antalya, XIII Ulusal Kolon ve Rektum Cerrahisi Kongresi
2012 Total Management of the Open Abdomen Türkiyə, İstanbul, Peer to Peer Surgical Summit Agenda
Ümumi cərrahlıq, cərrahi və terapevtik koloproktologiya
1. Donmaların müalicə üsulu. Patent İ 2001 0041, Azərbaycan Elm və Texnika Komitəsi, 22.04.1993
2. Rektovaginal fistulların təsnifatı – Səmərələşdirici təklif, Azərbaycan Tibb Universiteti, 2003, № 443
3. Rektovaginal fistulların cərrahi müdaxilə üsulu – Səmərələşdirici təklif, Azərbaycan Tibb Universiteti, 2003, № 444
4. Anal sfinkterin gücünü ölçən və fiksə edən yaylı sfinkterometr – Səmərələşdirici təklif,Azərbaycan Tibb Universiteti, 2004, № 475
5. Aralığın doğuşdan sonra cırılması zamanı aparılan əməliyyat üsulu – Səmərələşdirici təklif, Azərbaycan Tibb Universiteti, 2010, № 539
6. Düz bağırsağın sfinkter əzələsinin rekonstruktiv cərrahiyyəsində əzələ transplantlarından istfadə üsulu – Səmərələşdirici təklif, Azərbaycan Tibb Universiteti, 2010, № 540
Bayramov N.Y., Əliyev S.A., Əliyev E.A. və başq. Cərrahi xəstəliklər. e-dərslik. III nəşr. II cild. I cild. İstanbul. 2020.
Байрамлы Г.Р., Алиев Э.А. Коррекция дефектов мягкой ткани посредством аутологической трансплантации жировой ткани после операции по липоксации Московский хирургический журнал, № 4 (2020). с. 9-15
Veysel Ersan, Nuru Bayramov, Baris Otlu, Eldar Aliyev, Volkan Ince, Burak Isik, Sezai Yilmaz, Yunus Karipkiz. Extracellular histones H3 as a prognostic blood marker for delayed liver function recovery after donor hepatectomy. Transplantation Proceedings Volume 53, Issue 7 , September 2021, Pages 2305-2311
ACC (Azərbaycan Cərrahlar Cəmiyyəti)
AELCC (Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Cəmiyyəti)
AMİC (Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti)
AKRCD (Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi)
TKRCD (Türk Kolon ve Rektum Cerrahi Derneği)
TCD (Türk Cerrahi Derneği)
ESCP (European Society of Coloproctology)
Namiq Novruzov. Canlıdan qaraciyər transplantasiyasından sonra resipiyent və donorlarda qaraciyərin disfunksiyasının proqnozlaşdırılması və profilaktikası. Dissertaiya işi başa çatmışdır.